XƏBƏRLƏR
Azərbaycan Universiteti yaz semestrində 2 elmi konfrans keçirəcək
Azərbaycan Universitetində 2025/2026-cı tədris ilinin yaz semestri ərzində 2 elmi konfransın keçirilməsi planlaşdırılıb. Konfranslardan biri beynəlxalq, digəri isə respublika səviyyəlidir.
11 mart 2026-cı il tarixində keçiriləcək Gənc tədqiqatçıların IX elmi konfransının məqsədi ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, onların uğurlarını və təcrübələrini paylaşmaqdır. Gənc alim və tədqiqatçılar iqtisadiyyat, humanitar, sosial elmlər və ikt sahələri üzrə tezislərini konfransa təqdim edə bilərlər.
Konfransın səhifəsinə keçid:
https://au.edu.az/az/conferences/genc_tedqiqatcilarin_doqquzuncu_respublika_elmi_konfransi_2026
4-5 may 2026-cı il tarixində keçiriləcək “The Future of Higher Education: Global Perspectives, Local Impact” beynəlxalq konfransı isə ali təhsilin gələcəyinə dair müasir trendləri, innovativ yanaşmaları və yerli reallıqların qlobal dəyişikliklərlə qarşılıqlı təsirini müzakirə etmək məqsədilə təşkil olunur. Azərbaycan Universiteti ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən birgə keçirilən konfransda ali təhsil sistemlərinin modernləşdirilməsi, rəqəmsal transformasiya, beynəlmiləlləşmə və əmək bazarının yeni tələblərinə uyğun bacarıqların inkişafı istiqamətində fikir mübadiləsi aparılacaq, tədqiqatların nəticəsi müzakirə olunacaq.
Konfransın səhifəsinə keçid:
https://au.edu.az/az/conferences/the_future_of_higher_education_global_perspectives_local_impact
İctimaiyyətlə əlaqələr şöbəsi