XƏBƏRLƏR
Doktorant Məlakə Rəcəbovanın ilkin müzakirəsi təşkil olunub
Tərcümə və filologiya kafedrasının iclasında doktorant Məlakə Ağasəf qızı Rəcəbovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “İsa Hüseynov və Ramiz Rövşən nəsrində arzu və qorxu” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Tərcümə və filologiya kafedrasının müdiri, dosent Samirə Məmmədovanın sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib.
Sonda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.
Doktorantın elmi rəhbəri filologiya elmləri doktoru, professor Rəhilə Qeybullayevadır.
İctimaiyyətlə əlaqələr şöbəsi