XƏBƏRLƏR
Magistratura üzrə boş qalan plan yerlərinə qəbul aparılacaq
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi 8-14 avqust tarixlərində aparılacaq. Azərbaycan Universiteti üzrə 2022/2023-cü tədris ili üçün magistratura pilləsi üzrə boş qalan plan yerlərinin siyahısı aşağıda bakalavrlara təqdim olunur.
- Filologiya
Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı) – 3 yer
Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı) – 3 yer
Azərbaycan dili – 1 yer
Azərbaycan ədəbiyyatı – 1 yer
Dilşünaslıq (ingilis dili) – 1 yer - Tərcümə
Tərcümə (ingilis dili) – 3 yer - Tarix
Azərbaycanın qədim və orta əsrlər tarixi – 1 yer - Maliyyə
Bank işi – 1 yer
Vergi və vergiqoyma – 5 yer - İqtisadiyyat
İqtisadiyyatın hüquqi tənzimlənməsi – 1 yer
Turizmin iqtisadiyyatı – 2 yer - Kompüter mühəndisliyi
Kompüter mühəndisliyi – 4 yer - Sosial iş
Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş – 5 yer
Gənclərlə iş – 6 yer - MBA proqramı
Biznesin təşkili və idarə edilməsi (vergi üzrə) – Azərbaycan bölməsi 1 yer, ingilis bölməsi 5 yer
Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə) – Azərbaycan bölməsi 1 yer, ingilis bölməsi 3 yer
Biznesin təşkili və idarə edilməsi (menecment üzrə) – ingilis bölməsi 1 yer
Bakalavrların nəzərinə çatdırırıq ki,
- Azərbaycan Universitetinə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və ümumi qaydalarla aparılır.
- Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
- MBA istisna olmaqla bütün ixtisaslaşmalara dövlət sifarişi əsasında (ödənişsiz) qəbul mümkündür.
- Ödənişli əsaslarla təhsil alanlar üçün Tərcümə (ingilis dili) ixtisaslaşması üzrə təhsil haqqı 1500 manat, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və Gənclərlə iş ixtisaslaşmaları üzrə 2200 manat, digər bütün ixtisaslaşamalar üzrə isə 2000 manatdır.
- Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd alırlar. Təqaüdlərin məbləği 96, 144, 174 manat olmaqla tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
- Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana”, DAAD kimi beynəlxalq mübadilə proqramlarının üzvüdür. “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində, DAAD proqramı Almaniya universitetlərində qısa müddətli təhsil imkanı qazandırır. “Mevlana” proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.
- Azərbaycan Universitetinin bakalavriat pilləsindən bu il məzun olanlara təhsil müddəti ərzində təhsil haqqına 10 faiz güzəşt tətbiq olunacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi
05.08.2022
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin əməkdaşı “Təhsil-təlim-məşğulluq-sənaye” görüşündə iştirak edib
23 iyun 2026
Azərbaycan Universitetinin təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib
22 iyun 2026
Azərbaycan Universiteti İtaliyada keçirilən “International Staff Week” tədbirində təmsil olunub
18 iyun 2026
Azərbaycan Universitetində “Dünya ədəbiyyatı tarixi” adlı silsilə elmi seminarlar öz işini yekunlaşdırıb
16 iyun 2026
Azərbaycan Universitetində 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub
12 iyun 2026
Azərbaycan Universiteti RUR reytinqində mövqeyini möhkəmləndirib
12 iyun 2026
