XƏBƏRLƏR
Mentorlar klubu “Psixoloji immunitet və emosional zəka” mövzusunda təlim təşkil edib
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin nəzdində fəaliyyət göstərən Mentorlar klubunun təşəbbüsü ilə “Psixoloji immunitet və emosional zəka” mövzusunda təlim keçirilib.
Tədbiri klubun sədri, Gənclərlə iş ixtisası üzrə magistratura I kurs tələbəsi Hacı Soduyev açaraq rəhbərlik etdiyi klubun fəaliyyəti haqqında məlumat verib. Klubun layihə rəhbəri, Maliyyə ixtisası üzrə sonuncu kurs tələbəsi Hüseyn Əsgərzadə iştirakçıları həyata keçiriləcək layihələr ilə tanış edib.
Ardınca psixoloq Qərib Xıdırov “Psixoloji immunitet və emosional zəka” mövzusunda təqdimatla çıxış edib. Təqdimat psixoloji immunitet, psixi sağlamlıq və kriteriyaları, psixosomatika, ABC modeli, emosional intellekt, özünüinkişaf barədə psevdo təbliğat kimi mövzuları əhatə edib.
İctimaiyyətlə əlaqələr şöbəsi