XƏBƏRLƏR

Rektor Səadət Əliyeva Dövlət İmtahan Mərkəzini 10 illik yubileyi münasibətilə təbrik edir

Rektor Səadət Əliyeva Dövlət İmtahan Mərkəzini 10 illik yubileyi münasibətilə təbrik edir

11 aprel 2026

Baxış sayı: 88

Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva Dövlət İmtahan mərkəzinin 10 illik yubileyi münasibətilə Mərkəzin idarə heyətinin sədri Məleykə Abbaszadəyə təbrik ünvanlayıb. Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin yaranmasının 10 illiyi münasibətilə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə xanım Abbaszadə başda olmaqla mərkəzin bütün heyətini ürəkdən təbrik edir, Azərbaycan Universitetinin kollektivi adından ən xoş arzularımı çatdırıram.  

Mərkəz bu illər ərzində ölkəmizdə təhsil və qiymətləndirmə sahəsində mühüm uğurlara imza atıb, şəffaflığın, obyektivliyin və ədalətin təmin olunmasında aparıcı qurumlardan birinə çevrilib. Mərkəz ölkəmizin insan kapitalının formalaşmasında böyük rol oynayır. 

Xüsusilə vurğulamaq istərdim ki, Dövlət İmtahan Mərkəzinin fəaliyyəti təkcə ali təhsil müəssisələrinə qəbul imtahanlarının keçirilməsi ilə məhdudlaşmır,  bütün dövlət qurumları üçün müxtəlif istiqamətlərdə imtahanların təşkili və keçirilməsini də əhatə edir. Bu isə Mərkəzin fəaliyyət dairəsinin necə genişləndiyini və şaxələndiyini açıq şəkildə nümayiş etdirir.

Həmçinin qeyd etmək istərdim ki, Dövlət İmtahan Mərkəzi müasir texnologiyaların tətbiqi, imtahan proseslərinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin uğurla mənimsənilməsi istiqamətində mühüm addımlar atıb. Bu fəaliyyət nəticəsində gənclərimizin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi təmin olunub, onların gələcək inkişafı üçün sağlam zəmin yaradılıb. 

Əminliklə deyə bilərik ki, bu uğurların arxasında güclü liderlik və peşəkar komanda dayanır. 

Hörmətli Məleykə xanım, Sizin rəhbərliyiniz altında Mərkəz daim inkişaf edərək yeni zirvələr fəth edir. Bu əlamətdar yubiley münasibətilə Sizə və bütün kollektivə möhkəm cansağlığı, tükənməz enerji və gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram. İnanıram ki, Dövlət İmtahan Mərkəzi bundan sonra da ölkəmizin təhsil sisteminin inkişafına dəyərli töhfələr verməyə davam edəcəkdir.

10 illik yubileyiniz mübarək olsun!”

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR