XƏBƏRLƏR

SPTM Mərkəzi tələbələr üçün “Yumşaq bacarıqlar” fənni üzrə seminar təşkil edib

SPTM Mərkəzi tələbələr üçün “Yumşaq bacarıqlar”  fənni üzrə seminar təşkil edib

27 fevral 2026

Baxış sayı: 72

Azərbaycan Universitetinin Sosial-Psixoloji Tədqiqat və Məsləhət (SPTM) Mərkəzi, “World” Karyera və Peşə Mərkəzi və ÜTÜ (Ünsiyyətin Təkmilləşdirilməsi Üsulları) qrupunun birgə əməkdaşlığı ilə Biznes və iqtisadiyyat fakültəsinin IV kurs tələbələri üçün “Yumşaq bacarıqlar” fənni üzrə seminar təşkil olunub. 

Seminarın əsas məruzəçisi ÜTÜ qrupunun təsisçisi, natiqlik təlimçisi Zaur Cahangirov olub. Məruzəçi “Diksiya və natiqliyin sirləri” mövzusuna həsr olunmuş təqdimatında düzgün nitqin və diksiya mədəniyyətinin işgüzar mühitdəki əvəzolunmaz rolu, effektiv kommunikasiyanın karyera uğuruna təsiri haqqında məlumat verib. “World” Karyera və Peşə Mərkəzinin təsisçisi Aygün Məmmədli isə mövzuya dair görüş və təcrübələrini tələbələrlə bölüşüb, şəxsi inkişafın əhəmiyyətini vurğulayıb.  

Tədbir praktiki məşğələlər ilə davam edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR