XƏBƏRLƏR

Tələbə Gənclər Təşkilatı Xocalı soyqırımını anım tədbiri keçirib

Tələbə Gənclər Təşkilatı Xocalı soyqırımını anım tədbiri keçirib

26 fevral 2026

Baxış sayı: 156

Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatı Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirib. Anım tədbirində Dövlət Himni səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirin açılışında çıxış edən Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski və TGT sədri Hüseyn Rüstəmlinin çıxışları dinlənilib. Çıxışlarda mənəvi yaddaşın qorunmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq səviyyədə tanıdılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. 

Çıxışların ardından soyqırımı həqiqətləri haqqında videoçarx nümayiş olunub. 

Tədbir iştirakçılarına süni intellekt vasitəsilə hazırlanan və soyqırımı qurbanlarının – ahılların, uşaqların, qadınların acısını simvolik şəkildə ifadə edən məktublar təqdim olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR