XƏBƏRLƏR
Türk Dünyası Rəqəmsal Vətəndaşlığı fənninin dördüncü dərsi keçiriləcək
Türk Dünyası Rəqəmsal Vətəndaşlığı fənni 2021/2022-ci tədris ilinin yaz semestrində Amasya Universiteti tərəfindən məsafədən tədris olunur. Semestrin dördüncü dərsi 8 aprel 2022-ci il tarixində saat 10.00-da başlayacaq. Tələbələr bu dərsdə prof. Osman Yorulmaz və prof. Önder Dumanın “Türk Dünyası Tarixi-1” mövzusunda mühazirəsinə qulaq asacaqlar. Dərslər “Zoom” platforması üzərindən təşkil olunur.
Qeyd edək ki, fənnin tədrisi “Türk Dünyası Rəqəmsal Vətəndaşlığı” layihəsi çərçivəsində məsafədən təşkil olunur. Qırğızıstan –Türkiyə Manas Universiteti və Türkiyənin Qaziantep Universitetinin koordinatorluğunda həyata keçirilən layihəyə Azərbaycan Universiteti 2021-ci ildə qoşulub.
İctimaiyyətlə əlaqələr şöbəsi
06.04.2022
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının illik hesabat konfransı keçirilib
02 iyun 2026
Azərbaycan Universiteti 34-cü Avropa Sosial Xidmətlər Konfransında təmsil olunub
02 iyun 2026
Siyasi və ictimai elmlər kafedrasının müəllimi Abbas Qurbanov Türkiyədə simpoziumda çıxış edib
01 iyun 2026
“Təhsil proqramı və sillabusun mahiyyəti” təlimləri 650 tələbəni əhatə edib
01 iyun 2026
Azərbaycan Universitetində yaz imtahan sessiyası başlayıb
01 iyun 2026
Azərbaycan Universitetində X Karyera Günü keçirilib
26 may 2026
