Gender problemi və müasir Azərbaycan

“Gender problemi və müasir Azərbaycan”
Beynəlxalq konfrans
19 noyabr 2021-ci il, Azərbaycan Universiteti

2017 və 2018-ci illərdə respublika miqyasında keçirilən tədbir 2019-cu ildən başlayaraq beynəlxalq statusda keçirilir. Konfransa göstərilən maraq və diqqət bu qərarın alınmasına öz təsirini göstərib. İki konfransın təcrübəsi göstərdi ki, bu sahəyə maraq böyükdür və mütəxəssislərin müzakirə etmək üçün xeyli ideya və yanaşmaları mövcuddur.

Middlesex Universitetinin (London, Böyük Britaniya) tərəfdaşlığı ilə noyabr ayında keçiriləcək tədbirin əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, bu sahədə ölkədə əldə edilən uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir. Konfransın işində ali təhsil müəssisələrinin, AMEA-nın uyğun profilli institutlarının, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, mətbuatın, səfirliklərin nümayəndələrinin iştirakı planlaşdırılır.

Təşkilat komitəsi

  • Səadət Əliyeva, Rektor, Azərbaycan Universiteti, Bakı, Azərbaycan - Sədr  
  • Yusif  Qasımov, prorektor, Azərbaycan Universiteti, Bakı, Azərbaycan
  • Nüşabə Quliyeva, Azərbaycan Universiteti, Bakı, Azərbaycan
  • Victoria de Rijke, Middlesex Universiteti, London, İngiltərə
  • Lətifə Ağamalıyeva, Azərbaycan Universiteti, Bakı, Azərbaycan
  • Osmar Antonio Bonzanini, Uruqvay Regional İnteqrasiya Universiteti, Braziliya
  • Səfər Məmmədov, Azərbaycan Universiteti, Bakı, Azərbaycan
  • Qabil Ə. Əliyev, Azərbaycan Universiteti, Bakı, Azərbaycan
  • Paul Gibbs, Azərbaycan Universiteti, Bakı, Azərbaycan
  • Ülviyyə Rəhimova, Azərbaycan Universiteti, Bakı, Azərbaycan
  • Samirə Məmmədova, Azərbaycan Universiteti, Bakı, Azərbaycan
  • Tünzalə Verdiyeva, Azərbaycan Universiteti, Bakı, Azərbaycan
  • Rəna İbrahimbəyova, Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
  • Cəmilə Quliyeva, Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan

Elmi istiqamətlər

  • Gender və tarix           
  • Dində gender aspektləri
  • Müasir cəmiyyətin gender problemləri
  • Azərbaycanda gender demokratiyasının inkişafı
  • İqtisadi nəzəriyyənin gender aspekti
  • Gender tədqiqatlarının hüquqi aspektləri
  • Gender və mədəniyyət
  • Ədəbiyyatımızda gender problem

Mühüm tarixlər

  • Tezislərin son göndərilmə tarixi: 19 oktyabr 2021-ci il
  • Tezisin qəbul olunması haqqında son məlumatlandırma tarixi: 10 noyabr 2021-ci il

Müəlliflər üçün təlimatlar

Konfransın işçi dilləri

  • Azərbaycan, rus, ingilis

Tezislərin tərtibi qaydaları

  • Həcm 3 səhifəyə qədər, format A4, şrift  Times New Roman, ölçü 14, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır. 
  • Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir. Əgər material rus və ya ingilis dilində təqdim edilirsə tezisin sonunda azərbaycan dilində xülasə əlavə olunmalıdır.

Tezisin strukturu

  • Tezisin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)
  • Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 14)
  • Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 12)
  • Tezisin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]). İstifadə olunan ədəbiyyatın siyahısı tezisin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilir (ölçü 14).

Qeydiyyat

  • Konfransa qeydiyyat haqqı 30 manatdır.

Keçirilmə yeri və əlaqə

  • Azərbaycan Universiteti
    Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71
    Bakı şəhəri, Azərbaycan Respublikası AZ1007
  • E-poçt: elm@au.edu.az
  • Tel: (+99412) 431 41 12/13/16 (daxili 160)

Proqram

Gender problemi və müasir Azərbaycan konfransının proqramı

Konfrans materialları

International Conference on "Gender problems and modern Azerbaijan"