ELANLAR

Almaniyanın Koblenz Tətbiqi Elmlər Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu

13
10

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi  Almaniyanın Koblenz Tətbiqi Elmlər Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan edir. 2025/2026-cı tədris ilinin yaz semestrini Almaniyada (bir semestr müddətində) oxumaq istəyən və yaxud təcrübə keçmək istəyən tələbələr Beynəlxalq əlaqələr şöbəsinə  (IV mərtəbə, 504-cü otağa) müraciət edə bilərlər.

Proqram iştirakçıların bütün xərclərini qarşılayır. Valideyn himayəsindən məhrum, fiziki məhdudiyyəti olan şəxslər üçün əlavə təqaüd nəzərdə tutulur.

Mübadilə proqramında iştirak etmək istəyən tələbələrin seçimi iki mərhələli müsahibə yolu ilə aparılacaq. Müsahibədə uğurlu olan tələbələr təhsilini növbəti semestrdə Almaniyanın Koblenz Tətbiqi Elmlər Universitetində davam etdirə biləcək.

Mübadilədə iştirak etmək istəyən tələbələr üçün şərtlər aşağıdadır:

  • Tələbənin GPA balı minimum 2.5 (75-dən yuxarı) olmalıdır;
  • Tələbənin ingilis dili bilikləri minimum B2 səviyyəsində olmalıdır;
  • İxtisas üzrə uyğunluq gözlənilməlidir.

Proqrama müraciət üçün son tarix: 27.10.2025

TƏLƏBƏLƏRİN SEÇƏ BİLƏCƏKLƏRİ FƏNLƏRİN SİYAHISI 

İctimaiyyətlə əlaqələr şöbəsi