ELANLAR
Azərbaycan Universiteti fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir
25
05
Azərbaycan Universiteti 2026-cı il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir. Qəbul dövlət sifarişli və ödənişli əsaslarla həyata keçirilir.
Sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir və 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq.
Aşağıda qeyd olunan təhsil haqları ödənişli əsaslarla qəbul olan Azərbaycan vətəndaşları üçündür. Əcnəbi vətəndaşlar üçün təhsil haqqı 3000 AZN-dir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı
- Diferensial tənliklər, 1 yer, qiyabi, 2000 AZN
- İqtisadi fəaliyyət növləri, 1 yer, əyani, 2000 AZN
- Ümumi iqtisadiyyat, 1 yer, əyani, 2000 AZN
- Müəssisələrin təşkili və idarə olunması, 1 yer, əyani, 2000 AZN
- Sahə iqtisadiyyatı, 1 yer, əyani, 2000 AZN
- Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik, 1 yer qiyabi, 2000 AZN
- Azərbaycan ədəbiyyatı, 1 yer, qiyabi, 2000 AZN
- Dünya ədəbiyyatı (ingilis, alman, fransız), 1 yer, qiyabi, 2000 AZN
- Sosial problemlər, 1 yer qiyabi, 2000 AZN
- Sosial iş, 1 yer, qiyabi, 2000 AZN
Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan suallar və cavabları ilə BURADAN tanış ola bilərsiniz.
Daha ətraflı məlumat üçün
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
- Tel.: (+99412) 431 41 12/13/16 (daxili 126), 055 205 14 31
İctimaiyyətlə əlaqələr şöbəsi
