ELANLAR

İtaliyanın Roma Sapienza Universitetinə sənəd qəbulu elan olunur

15
04

Müəllim və tələbə heyətinin nəzərinə!

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetinə tələbə və müəllim mübadiləsi üçün sənəd qəbulu elan edir. 2024/2025-ci tədris ilinin payız semestrini İtaliyada dərs demək (bir həftəlik) və oxumaq (bir semestr) istəyən müəllim və tələbələrimiz Beynəlxalq əlaqələr şöbəsinə  (IV mərtəbə, 526/524-cü otaqlar) müraciət edə bilərlər.

Proqram iştirakçıların bütün xərclərini qarşılayır. Mübadilə proqramında iştirak etmək istəyən müəllim və tələbələrin seçimi ayrılmış yerlərin sayı (kvota) üzrə müsahibə yolu ilə aparılacaqdır.

Mübadilə proqramında iştirak etmək üçün şərtlər aşağıdakılardır:

  • Müəllimlər üçün
    Tam ştat müəllim olmalı;
    İngilis dili bilikləri yüksək (C1 səviyyəsində) olmalı;
    CV təqdim edilməlidir. 
  • Tələbələr üçün
    İngilis dili bilikləri minimum B2 səviyyəsində;
    GPA balı minimum 2.5 (75-dən yuxarı) olmalı;
    İxtisas üzrə uyğunluq gözlənilməlidir.

Proqrama müraciət üçün son tarix 17 aprel 2024-cü ildir.

İctimaiyyətlə əlaqələr şöbəsi