ELANLAR

Türkiyənin Kastamonu Universiteti tələbə mübadiləsi elan edir

24
11

Türkiyənin Kastamonu Universiteti universitetlərarası müqavilə çərçivəsində tələbə mübadiləsi elan edir. Təhsilini 2025/2026-cı tədris ilinin yaz semestrində (26.01.2025 - 03.06.2026 tarixləri arasında) Türkiyədə davam etdirmək istəyən tələbələr mübadilə proqramına müraciət edə bilərlər.

Proqrama müraciət etmək üçün əsas şərtlər aşağıdadır: 

  • İngilis dili biliyi minimum B1/B2 olmalıdır;
  • ÜOMG bakalavriat səviyyəsi üçün minimum 75 olmalıdır; 
  • ÜOMG magistratura səviyyəsi üçün minimum 80 olmalıdır;
  • Bakalavriat tələbələri Biznesin idarə edilməsi və İqtisadiyyat ixtisasları üzrə müraciət edə bilərlər;
  • Magistratura tələbələri İqtisadiyyat, Biznesin idarə edilməsi, İdarəetmə və təşkilatçılıq, Maliyyə hesabatları və audit ixtisasları üzrə müraciət edə bilərlər;
  • Tələbənin xarici pasportu olmalıdır.  

Mübadilə proqramında iştirak etmək istəyən tələbələrin seçimi ayrılmış yerlərin sayı (kvota) üzrə müsabiqə əsasında aparılacaqdır.

Proqram iştirakçıların bütün xərclərini qarşılayır.

Son müraciət tarixi: 8 dekabr 2025-ci il

Daha ətraflı məlumat almaq istəyən tələbələrimiz Beynəlxalq əlaqələr şöbəsinə  (IV mərtəbə, otaq 504) müraciət edə bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi