XƏBƏRLƏR

“Yüksəliş” müsabiqəsinin qalibi Toğrul Ələkbərov tələbələrlə görüşüb

Azərbaycan Universitetində tələbələr üçün “Yüksəliş” müsabiqəsinin qalibi, təlimçi Toğrul Ələkbərovun təqdimatında “Düşüncə tərzinin əhəmiyyəti” mövzusunda seminar təşkil olunub. 

Toğrul Ələkbərov düşüncə tərzinin şəxsi və peşəkar inkişafdakı əhəmiyyəti, motivasiya mənbələri, uğura gedən yolda formalaşdırılmalı olan mühüm vərdişlərdən bəhs edib, real həyatdan nümunələr təqdim edib və iştirakçılara öz tövsiyələrini verib.  

Tərcümə və filologiya kafedrası və Tələbə Gənclər Təşkilatı tərəfindən tələbələrin fərdi inkişafına və dünyagörüşünün genişlənməsinə dəstək olmaq məqsədilə birgə təşkil olunan tədbir mövzuya dair müzakirələr ilə davam edib. 

Sonda tələbələrin sualları cavablandırılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR