XƏBƏRLƏR

Azərbaycan Universitetinin 5 məzunu “Mühasib” layihəsinin təlimlərində iştirak edir

Azərbaycan Universitetinin 5 məzunu “Mühasib” layihəsinin təlimlərində iştirak edir

08 sentyabr 2025

Baxış sayı: 167

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin İqtisadiyyat ixtisası üzrə məzunları Pərvanə Quliyeva, Rəhimə Rəşidli, Dilbər Müseyibzadə, Gülnar Osmanova və Mühasibat ixtisasının məzunu Nəzrin Abdullazadə “Gənc Mühasiblər” İctimai Birliyi (GMİB) və Dövlət Məşğulluq Agentliyinin birgə təşkil etdiyi “Mühasib” peşə hazırlığı layihəsi çərçivəsində təşkil olunan təlimlərə qoşulublar.

5 ay müddəti əhatə edən təlimlərin tədris proqramı nəzəri və praktiki hissələrdən ibarətdir. Nəzəri dərslər peşəkar mütəxəssislər tərəfindən aparılır, praktiki təcrübə isə “Azel-ish” MMC, “F-Chain Company”, “Fam Group”, “AzerLegal Group”, “EY Azerbaijan” kimi əməkdaşlıq edilən müəssisələrdə həyata keçirilir. Həmçinin təlim müddətində iştirakçılara təqaüd verilir və kursu uğurla başa vuran məzunların işlə təmin olunmasına dəstək göstərilir.

Qeyd edək ki, “Gənc Mühasiblər” İctimai Birliyi (GMİB) 2019-cu ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq qərarı ilə “Peşəkar Mühasib Təşkilatı” statusuna layiq görülüb. Birlik mühasibatlıq sahəsində ixtisaslaşmış kadrların hazırlanmasına, işsiz və işaxtaran gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR