XƏBƏRLƏR

Makedoniyanın Goce Delçev Universitetinin dosenti Jordanka Galeva Sosial iş tələbələrinə mühazirə oxuyub

Makedoniyanın Goce Delçev Universitetinin dosenti Jordanka Galeva Sosial iş tələbələrinə mühazirə oxuyub

14 oktyabr 2025

Baxış sayı: 48

Şimali Makedoniyanın Goce Delçev Universitetinin dosenti Jordanka Galeva qonaq mühazirəçi qismində Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə magistratura tələbələrinə mühazirə oxuyub. Mühazirədə Azərbaycan və Şimali Makedoniya paralel şəkildə təhlil olunub, multikultural dəyərlərin formalaşması və qorunması, demoqrafik dinamikalar (miqrasiya meyilləri, urbanizasiya, yaş strukturu), icma səviyyəsində sosial həmrəylik və yerli özünüidarəetmə mexanizmləri kimi məsələlər müqayisəli müstəvidə təqdim edilib. 

Mühazirədən sonra keçirilən sual-cavab sessiyası magistrantların aktiv iştirakı, nəzəri çərçivələrin praktiki kontekstə tətbiqi və gələcək tədqiqat istiqamətlərinin müzakirəsi ilə yadda qalıb. Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyovanın da iştirak etdiyi mühazirə təşəkkürlərlə yekunlaşıb və növbəti birgə elmi tədbirlərin keçirilməsi üçün ilkin razılaşma ilə nəticələnib. 

Sosial işin təşkili kafedrasının dəvəti və təşkilatçılığı ilə keçirilən mühazirənin məqsədi magistratura tələbələrinin müqayisəli yanaşma bacarıqlarını inkişaf etdirmək, sosial siyasət, icma inkişafı və mədəni müxtəliflik mövzularında regional perspektivlər haqqında fikir mübadiləsinin aparılması olub. 

İctimaiyyətlə əlaqələr şöbəsi

    


DİGƏR XƏBƏRLƏR