XƏBƏRLƏR
Azərbaycan Universiteti QS Beynəlxalq Reytinq Agentliyinin tədbirlərində təmsil olunub
Azərbaycan Universiteti QS (Quacquarelli Symonds) Beynəlxalq Reytinq Agentliyinin sentyabr ayında keçirdiyi təlim və görüşlərdə təmsil olunub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Beynəlxalq Reytinq Agentliyinin regional direktoru Sergey Xristolyubovun iştirakı ilə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında növbəti təlim və komanda quruculuğu görüşü baş tutub. Sergey Xristolyubov görüşdə “Ali təhsil müəssisələrinin qlobal rəqabətə davamlılığının artırılmasında reytinqlərin rolu” mövzusunda təqdimatla çıxış edib və Azərbaycan üzrə təhlil məlumatlarlarına əsaslanan hesabatları təqdim edib. Görüş çərçivəsində reytinq göstəriciləri üzrə mövqelərin yaxşılaşdırılması üçün yaradılan imkanlar və prosesdə yaranan çətinliklər barədə geniş müzakirələr aparılıb.
Sonda sessiya iştirakçılarına sertifikatlar təqdim olunub.
“Beynəlxalq görünürlük, beynəlmiləlləşmə və inkişaf” mövzularında məlumatlılığının artırılması məqsədilə təşkil olunmuş tədbirdə 30 ali təhsil müəssisəsindən nümayəndələr iştirak edib. Tədbirdə Azərbaycan Universitetini Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Elmira İsmayılova təmsil edib.
Digər tədbir isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Azərbaycan Texniki Universitetinin ev sahibliyində keçirilib. QS agentliyinin nümayəndələri və ali təhsil müəssisələrinin reytinqlər üzrə məsul şəxslərinin iştirak etdiyi tədbirdə QS reytinqlərinin metodologiyası, Azərbaycan ali təhsil müəssisələrinin QS reytinqlərində cari ildə elan olunmuş nəticələri, reytinqlərdə iştirak və irəliləmə istiqamətində müzakirələr aparılıb.
Tədbirdə Azərbaycan Universitetini Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Elmira İsmayılova və şöbənin əməkdaşı Sevlan Qurbanova təmsil edib.
İctimaiyyətlə əlaqələr şöbəsi