XƏBƏRLƏR

Azərbaycan Universitetində akademik heyət üçün 4-cü təlim moduluna başlanıb

Azərbaycan Universitetində akademik heyət üçün  4-cü təlim moduluna başlanıb

17 dekabr 2025

Baxış sayı: 550

Azərbaycan Universitetinin Təlim-Tədris Mərkəzi və Keyfiyyət təminatı şöbəsinin cari tədris ili ərzində universitetin akademik heyəti üçün planlaşdırdığı 4-cü təlim moduluna başlanıb. Təlimlər müxtəlif tarix və saatlarda olmaqla 15 qrup üçün təşkil olunur. Dekabrın 10-da başlayan təlim modulu mərkəzin müdiri, peşəkar kurikulum təlimçisi Samir Salayev tərəfindən həyata keçirilir.

Pedaqoji heyətin interaktiv dərsin təşkili bacarıqlarının artırılmasına xidmət edən təlim modulu iki  hissədən ibarətdir. Birinci hissəyə aid təlimlər “İnteraktiv təlimdə Dərs Təlim Nəticələrinə (DTN) uyğun “Bilik” və “Fəaliyyət” strategiyaları” mövzusunda təşkil olunur. Nəzəri və praktik fəaliyyətlərlə müşayiət olunan təlimlər dekabrın 26-dək davam edəcək. İkinci hissə isə “İnteraktiv dərsin planlaşdırılması və təşkili” mövzusunda olacaq. 

Qeyd edək ki, Azərbaycan Universitetinin Təlim-Tədris Mərkəzi tərəfindən cari tədris ilinin ilk semestri ərzində akademik heyət üçün 4 təlim modulunun təşkili nəzərdə tutulub. Hər modulun sonunda xüsusi tapşırıqlarla qiymətləndirilən iştirakçılara praktik bacarıqlarına əsasən müvafiq sertifikat təqdim olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR