XƏBƏRLƏR
Azərbaycan Universitetində bakalavriat tələbələri də elmi tədqiqata cəlb olunur
Azərbaycan Universitetində bakalavriat tələbələri üçün əlverişli elmi tədqiqat mühiti yaradılıb, onların tədris prosesinin vacib tərkib hissəsi olan elmi tədqiqata cəlb olunması istiqamətində iş aparılır. Universitetdə fakültələr üzrə tələbə elmi cəmiyyətləri fəaliyyət göstərir, tələbələr kafedra əməkdaşlarının, elmi dərəcəsi olan müəllimlərin rəhbərliyi altında elmi tədqiqat işləri yerinə yetirir, konfranslarda, müxtəlif tipli elmi tədbirlərdə iştirak edirlər.
Görülən işlərin nəticəsi olaraq Biznes və iqtisadiyyat fakültəsinin tələbələri Şəhriyar Qəribov və Məhəmməd Aşurov 6-8 iyun 2024-cü il tarixlərində keçirilən “Humanitar, sosial, təhsil və maliyyə sahələri üzrə II beynəlxalq Türk Dünyası” konqresində məruzə ilə iştirak ediblər. Beynəlxalq ticarət və logistika ixtisası üzrə II kurs tələbəsi Şəhriyar Qəribovun məruzəsi “Azərbaycanda yüklərin daşınması dinamikası”, Turizm işinin təşkili ixtisası üzrə II kurs tələbəsi Məhəmməd Aşurovun məruzəsi isə “Qız qalası və Şirvanşahlar sarayına xarici turistlərin cəlb edilməsi məsələləri” mövzusunda olub.
Tələbələrin müəllimlərinin rəhbərliyi altında hazıladıqları elmi tədqiqat işləri konqres materialları toplusunda nəşr olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi