XƏBƏRLƏR
İKT fakültəsinin tələbələri payız semestrini İtaliyada oxuyacaqlar
Azərbaycan Universitetinin 2 tələbəsi universitetlərarası mübadilə proqramı çərçivəsində 2025/2026-cı tədris ilinin payız semestrini İtaliyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Sapienza Universitetində davam etdirmək hüququ əldə edib.
Mübadilə proqramında iştirak etməyə haqq qazanmış tələbələr İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin İnformasiya təhlükəsizliyi ixtisasının üçüncü kurs tələbələri Ədilə Rza və Tofiq Sultanovdur.
Tələbələrimizi təbrik edir, bu təcrübənin onların peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyinə inanırıq!
Qeyd edək ki, xaricdə təqaüdlü təhsil ilə bağlı əlaqələndiricilik məsələləri Beynəlxalq əlaqələr şöbəsi tərəfindən həyata keçirilir. Tələbə mübadilə proqramları çərçivəsində xarici tərəfdaş universitetlərdə qısamüddətli təhsil almaq istəyən tələbələr daha ətraflı məlumat əldə etmək üçün Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi