XƏBƏRLƏR
“İpək yolu” jurnalının “Qarabağ Azərbaycandır” xüsusi buraxılışı dərc olunub
Azərbaycan Universitetinin “İpək yolu” elmi jurnalının “Qarabağ Azərbaycandır” xüsusi buraxılışı hazırlanıb. Xüsusi buraxılış Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixinə, müzəffər ordumuzun erməni işğalçı qüvvələri üzərində böyük qələbəsinə həsr olunub.
Jurnalda yer alan məqalələrdə Qarabağın ən qədim zamanlardan bizim günlərə qədər tarixi əks edilib, bu diyarın Azərbaycan türklərinin əzəli yurdu olması, ata-babalarımızın minillər boyu burada davamlı yaşaması ilkin mənbələr əsasında sübut edilib. Topluda Qarabağın azad edilməsini şərtləndirən amillərin, işğal edilmiş ərazilərdə erməni vandalizmini əks etdirən faktların şərhinə xüsusi diqqət yetirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi
04.10.2021
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində “CareerLAB” şəbəkəsi çərçivəsində panel müzakirə təşkil olunub
08 may 2026
Azərbaycan Universitetində inzibati heyət üçün “Effektiv ünsiyyət” mövzusunda təlim təşkil olunub
08 may 2026
Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə xeyriyyə konserti keçirilib
07 may 2026
Siyasi və ictimai elmlər kafedrasının müəlliminə dosent elmi adı verilib
06 may 2026
Ali təhsilin gələcəyinə həsr olunan beynəlxalq konfransın işi yekunlaşıb
05 may 2026
Azərbaycan Universitetində beynəlxalq konfrans işə başlayır
04 may 2026
