XƏBƏRLƏR

“Talassemiya həyatımızı məhdudlaşdırmasın” mövzusunda vebinar keçirilib

“Talassemiya həyatımızı məhdudlaşdırmasın” mövzusunda vebinar keçirilib

07 may 2021

Baxış sayı: 2222

Sosial işin təşkili kafedrasının tərkibində fəaliyyət göstərən “Empatiya” klubunun təşkilatçılığı ilə 8 May – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş “Talassemiya həyatımızı məhdudlaşdırmasın” mövzusunda vebinar keçirilib.  Tədbirin qonağı UAFA təşkilatının əməkdaşı, həkim, uşaq inkişafı üzrə mütəxəssis, CHED- Uşaqlıq Dövründə Sağlamlıq, Təhsil, Sosial İnkişaf üzrə baza kursunun müəllimi Ülviyyə Mirzəyeva olub.

Ülviyyə Mirzəyeva talassemiyanın tibbi aspektlərini əhatə edən çıxışında iştirakçılara xəstəliyin səbəbi, yayılması, növləri, profilaktikası, həmçinin talassemiya ilə bağlı doğru bilinən yanlışlar haqqında məlumat verib.  Qonaq çıxışında Azərbaycanın talassemiya üçün endemik zona hesab olunduğunu və müəyyən qaydalara əməl olunması ilə irsi olaraq ötürülən xəstəlik talassemiyasız həyat qurmanın mümkün olduğunu vurğulayıb.

Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası üzrə magistratura II kurs tələbəsi Aygün Muradlı “Dünəndən bu günə talassemiya” mövzusunda təqdimatla çıxış edib.

Qeyd edək ki, 8 may bütün dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd olunur. Azərbaycan talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır. Ölkəmizdə son illərdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
07.05.2021


DİGƏR XƏBƏRLƏR