XƏBƏRLƏR

ICPC proqramlaşdırma müsabiqəsinin Azərbaycan Universiteti üzrə daxili seçim turu keçirilib

ICPC proqramlaşdırma müsabiqəsinin Azərbaycan Universiteti üzrə daxili seçim turu keçirilib

15 oktyabr 2025

Baxış sayı: 109

Azərbaycan Universitetində İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələri arasında proqramlaşdırma üzrə beynəlxalq olimpiadanın daxili seçim turu keçirilib. Fakültənin dekanı Asif Paşayev və Riyaziyyat və informatika kafedrasının müəllimi Əli Qurbanovun rəhbərliyi ilə təşkil olunan olimpiadanın məqsədi dünyanın ən nüfuzlu proqramlaşdırma yarışı hesab olunan ICPC (The International Collegiate Programming Contest) müsabiqəsinin  təsnifat mərhələsində iştirak etmələri üçün universitet komandalarını formalaşdırmaq olub.

Olimpiadanın nəticələrinə əsasən 1-ci yerə İnformasiya texnologiyaları ixtisasının IV kurs tələbəsi Ülvi Sadıqzadə, 2-ci yerə İnformasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi Nihat Əliyev, 3-cü yerə isə İnformasiya texnologiyaları ixtisasının III kurs tələbəsi Alican Mikayılov layiq görülüb.

Müsabiqədə tələbələrə olimpiada formatında 10 tapşırıq təqdim olunub və 4 saat ərzində həllərin göndərilməsi tələb olunub.

Qeyd edəki, ICPC 1970-ci ildə ABŞ-də yaradılıb. 1977-ci ildən etibarən beynəlxalq səviyyədə keçirilən yarış tələbələrin proqramlaşdırma bacarıqlarını, alqoritmik düşüncələrini və komanda işini inkişaf etdirməyə yönəlib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR