|
1.1. Gimnaziya Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası "Təhsil qanunu"na, ümumtəhsil məktəbi haqqında "nümunəvi Əsasnamə"yə, Azərbaycan Respublikasının uyğun qanunvericilik aktlarına, Azərbaycan Universitetinin Nizamnaməsinə, təsisçinin yeni tədris texnologiyalarının tətbiqi ilə əlaqədar bağladığı müqavilələrə və bu Nizamnaməyə müvafiq olaraq fəaliyyət göstərir. Gimnaziyada təhsil dünyəvi xarakter daşıyır.
1.2. Gimnaziya Azərbaycan Respublikasının "Təhsil qanunu"nu və fasiləsiz təhsil prinsiplərini həyata keçirən xarici dil təmayüllü ümumtəhsil müəssisəsidir.
1.3. Gimnaziya öz fəaliyyətində Azərbaycan Universiteti MMC-nin Nizamnaməsini və bu Nizamnaməni rəhbər tutur. Gimnaziyanın özünəməxsus gerbi, bayrağı, himni və döş nişanı mövcuddur.
1.4. Gimnaziya şəxsiyyətin Konstitusiya və "Təhsil qanunu"nda müəyyən edilmiş təhsil hüququnun həyata keçirilməsində, uşaqların yaş, cins və fərdi xüsusiyyətlərinə uyğun olaraq təlim-tərbiyə prosesinin təşkilində, onların sağlamlığının qorunmasında, tədris materiallarının keyfiyyətlə mənimsənilməsində, şagirdlərin qabiliyyətlərinin inkişaf etdirilməsində dövlət və ictimaiyyət qarşısında məsuliyyət daşıyır.
1.5. Azərbaycan Universiteti orta ümumtəhsil Gimnaziyası özündə milli və beynəlxalq təhsil sistemlərini birləşdirən yeni tipli tədris müəssisəsi olub, irqindən, milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, sosial-maddi vəziyyətindən, ictimai mənşəyindən, yaşayış yerindən asılı olmayaraq, fiziki və psixoloji cəhətdən sağlam olan Azərbaycan Respublikası vətəndaşlarının ümumi orta təhsil almasını təmin edir. Xarici ölkə vətəndaşları da Gimnaziyada orta təhsil ala bilərlər.
1.6. Gimnaziyanın əsas vəzifəsi fərdin təbii imkanlarını inkişaf etdirmək, ona müasir elmlərin əsaslarını dünya standartları səviyyəsində öyrətmək, fiziki, əqli, intelektual imkanlarını, meyl, maraq və idrak qabiliyyətlərini nəzərə almaqla onun şəxsiyyətini formalaşdırmaq, həyatda və cəmiyyətdə səmərəli fəaliyyətə hazırlanmasına müstəqil, yaradıcı düşünən, ümumi mədəniyyətə malik milli mənəviyyatlı şəxsiyyətin yetişdirilməsinə xidmət etmək, şüurlu olaraq peşə seçməyə hazırlamaq, Azərbaycanın müstəqilliyi və inkişafı naminə fədakarcasına çalışan hərtərəfli inkişaf elmiş gənc nəsl tərbiyə etməkdən ibarətdir.
1.7. Gimnaziyada aparılan təlim və tərbiyənin məzmununda incəsənət fənləri, kompüter savadı, bir neçə avropa dilini bilmək və sərbəst danışmaq bacarığı, geniş dünya görüşünə və tədqiqatçı zəkasına qadir olmaq, insan hüquqlarına və azadlıqlarına, vətəndaş cəmiyyəti institutlarına, cinsindən, irqindən, milliyyətindən dini etiqadından, sosial mənşəyindən asılı olmayaraq şəxsiyyətə hörmət etmək, şagirdlərin milli ruhda vətəndaş kimi böyümələrini təmin etmək, ekstremal vəziyyətlərdə özünü müdafiə etmək, humanizm və vətənpərvərlik kimi dünya orta məktəb təhsilinin elmi və təcrübi nəticələri də əks olunmuşdur.
1.8. Təsisçi inkişaf etmiş ölkələrin təhsil sistemləri ilə beynəlxalq əlaqələr yaradır, məktəbin inkişafına təminat verir, zəruri maddi-texniki ehtiyaclarını ödəyir, onu kadr, dərslik və tədris-metodik ədəbiyyatlarla təmin edir.
1.9. Gimnaziyada təlim Azərbaycan, Rus və İngilis dillərində aparıla bilərş Bununla belə dövlət standartları çərçivəsində Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafıyası və Nitq mədəniyyəti fənləri mütləq Azərbaycan dilində tədris edilir.
1.10. Gimnaziyanın açılması, tipinin dəyişdirilməsi və bağlanması müvafiq kadr potensialı, maddi-texniki və pedaqoji-metodiki baza nəzərə alınmaqla təsisçinin Nizamnaməsinə və Azərbaycan Respublikası Nazilər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq həyata keçirilir.
1.11. Gimnaziya dövlət standartlarını, məktəbin təhsil strategiyasını nəzərə almaqla və beynəlxalq təhsil proqramından istifadə etməklə özünün tədris planını və proqramlarını tərtib edir, Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq qaydada təsdiq etdirir və həmin plan və proqramlara uyğun olaraq tədris prosesini təşkil edir.
1.12. Gimnaziyada təhsil pulludur. Ödənişin miqdarı hər tədris ilinin əvvəlində tədris prosesinin inkişafı nəzərə alınmaqla təsisçi tərəfindən müəyyən edilir və valideynlə bağlanmış müqavilədə öz əksini tapır.
1.13. Gimnaziyada siyasi partiyaların, ictimai-siyasi birliklərin və dini cərəyanların fəaliyyəti qadağandır. |
|
|
2.1. Azərbaycan Respublikasının "Təhsil qanunu"na uyğun olaraq məktəbdə ümumi təhsil ibtidai (I-IV siniflər ) , əsas (V-IX siniflər və orta (X-XI siniflər ) olmaqla üç pillədə həyata keçirilir. Təlim dilinin ingilis dili olduğu nəzərə alınaraq hazırlıq sinifləri də təşkil edilə bilər.
2.2. Gimnaziyaya şagirdlər valideynlərin biri və ya onları əvəz edən şəxslə müqavilə əsasında müsahibə yolu ilə qəbul olunurlar. Qəbul zamanı şagirdin istedadı xüsusi metodika əsasında müəyyən edilir. Şagird qəbulunu təşkil etmək üçün qəbul komissiyası yaradılır. Komissiyanın tərkibi və qəbul qaydaları Gimnaziyanın Şurası tərəfindən müəyyənləşdirilir.
2.3. Gimnaziyaya şagird qəbulu bir qayda olaraq kütləvi şəkildə yeni dərs ili ərəfəsində aparılır və müvafiq qaydada rəsmiləşdirilir. Dərs ili müddətində xüsusi yoxlamalar (testlər) aparmaqla şagird qəbuluna icazə verilir.
2.4. Azərbaycan Respublikası Təhsil Qanununa uyğun olaraq I sinfə cari ilin 1 sentyabrınadək 6 yaşı tamam olan uşaqlar qəbul edilirlər.
2.5. Birinci (ibtidai təhsil) pillədə uşaq şəxsiyyətinin təşəkkülü, onun bacarıq və qabiliyyətinin aşkara çıxarılması və məqsədyönlü inkişafı təmin olunur, təbiət, cəmiyyət, insan və onun əməyi haqqında ibtidai təsəvvürlərin təməli qoyulur, şagirdlər oxumağı, yazmağı, hesablamağı öyrənir, həmçinin nəzəri təfəkkür, nitq mədəniyyəti, şəxsi gigiyena və sağlam həyat tərzi vərdişlərinə yiyələnirlər.
2.6. İkinci (əsas təhsil) pillədə şagird şəxsiyyətinin inkişafı, onun mənlik və əxlaqi şüurunun, hüquqi düşüncəsinin, milli-mənəvi keyfiyyətlərinin, maraq və meylinin, qabiliyyət və istedadının, özünün sosial müqəddəratını təyin etmək elmlərin əsaslarının öyrədilməsi və dünya görüşünün formalaşdırılması təmin edilir, təhsili davam etdirmək və ictimai həyata fəal surətdə daxil olmaq üçün zəruri olan ümumtəhsil hazırlığının əsası qoyulur.
2.7. Üçüncü (orta təhsil) pillədə təlimin diferensiyası əsasında şagirdlərin ümumtəhsil hazırlığının başa çatdırılması təmin edilir.
2.8. Ayrı-ayrı fənlər üzrə proqram materiallarını mənimsəməkdə çətinlik çəkən şagirdlərə valideynlərin xahişinə əsasən ailə təlimi və ya müstəqil təhsil alma formalarında tam kurs və ya ayrı-ayrı bölmələr üzrə əlavə ödəniş hesabına köməklik təşkil edilə bilər.
2.9. Fiziki cəhətdən imkanları məhdud olan uşaqlar üçün evdə təhsil, həmçinin xüsusi istedadlı uşaqlar üçün isə məktəbdə fərdi təhsil formalarından istifadə edilə bilər.
2.10. Əsas və orta təhsil üzrə eksternat qaydasında imtahanlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq təlimatına uyğun olaraq aparılır.
2.11. Şagirdlər xəstəliyə görə imtahanlardan tibbi komissiyanın rəyinə əsasən azad edilirlər. İmtahanlardan azad olunmaq hüququ verən xəstəliklərin siyahısı Respublika Təhsil və Səhiyyə Nazirlikləri tərəfindən birlikdə müəyyən edilir.
2.12. Gimnaziyada Təhsilin II və III pillələrində təhsil buraxılış imtahanları ilə başa çatır. Buraxılış imtahanları Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi təlimatına uyğun olaraq gimnaziya tərəfindən hazırlanmış və Təhsil Nazirliyində təsdiq edilmiş imtahan materialları əsasında test üsulu ilə aparılır.
2.13. Gimnaziyada I pilləni ibtidai təhsili müvəffəqiyyətlə bitirmiş şagirdlər II pillədə (əsas təhsil) təhsillərini davam etdirirlər. 11 pilləni müvəffəqiyyətə bitirmiş şagirdlərə əsas təhsili başa vurmaq barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən şəhadətnamə, xüsusi müvəffəqiyyətə nail olanlara isə fərqlənmə şəhadətnaməsi verilir. III pillə (orta təhsil) məzunlarına orta təhsil haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formada attestat, xüsusi müvəffəqiyyətə nail olanlara isə fərqlənmə attestatı verilir. Şagirdlərə şəhadətnamə və attestatların, fərqlənmə şəhadətnaməsi və fərqlənmə attestatlarının verilməsi qaydalarını Azərbaycan Respublikası Təhsil Nazirliyi müəyyən edir. |
|
3.1. Təlim-tərbiyə işinə lazımi istiqamət vermək, qabaqcıl ideya va təcrübələri ümumiləşdirmək və yerli şəraitə uyğunlaşdırmaq, məktəbin pedaqoji kollektivinə planların, proqramların hazırlanmasında, attestasiya keçrilməsində köməklik göstərmək məqsədilə gimnaziyada Elmi-Metodiki şuranın tərkibinə Universitetin professor-müəllimləri, gimnaziyanın müəllimləri, həmçinin respublikanın digər tanınmış pedaqoji mütəxəssisləri daxil edilirlər. Tədris işinə gimnaziya-metodiki şurasının hər fənn üzrə müvafiq kafedrası himayədarlıq edir.
3.2. Gimnaziya tədris prosesi zamanı yeni tədris texnologiyalarının tətbiqi ilə əlaqədar olaraq Elmi-Metodik Şura tərəfindən hazırlanan və rektoı tərəfindən təsdiq edilən tədris planı və proqramları əsasında işləyir.
3.3. Gimnaziyada şagirdlərə ümumtəhsil fənləri üzrə dərin bilik, bacarıq və vərdişlər öyrətməklə yanaşı onların hərtərəfli şəxsiyyət kimi formalaşmasına xüsusi diqqət yetirilir. Gimnaziyada hər bir tələbənin meyl və marağını nəzərə almaqla klublar, elmi cəıniyyətlər, dərnəklər, idman bölmələri, studiyalar yaradılır, ədəbi disputlar, bədii əsərlərin müzakirəsinin keçirilməsinə, musiqi və incəsənət gecələrinin təşkilinə, görkəmli şəxslərlə görüşlərə, şagirdlərin ekskursiyalara, teatr tamaşalarına, konsertlərə, sərgilərə kollektiv şəkildə aparılmasına geniş yer verilir.
3.4. Təlim-tərbiyə prosesinin təşkili şagirdlərin dövlət standartları səviyəsində təhsil almalarını təmin edən tədris planları və proqramlarının, təlim-tərbiyənin vasitə, forma və metodlarının pedaqoji əasları üzərində qurulur və bütün tərbiyə işləri qarşılıqlı hörmət və əməkdaşlıq prinsipi əsasında şagirdlərin qabiliyyəti, meyl, maraq və bacarıqları nəzərə alınmaqla aparılır. Buraxılış sinifləri istisna olmaqla ayrı-ayrı sinifləri müəyyən olunmuş müddətdən əvvəl başa çatdırılmasına icazə verilir. Belə hallarda şagirdlərin bilik, bacarıq və vərdişləri səviyyəsinin mövcud proqramların tələblərinə uyğunluğunu Təhsil Nazirliyinin xüsusi komissyası müəyyənləşdirir.
3.5. Gimnaziyada siniflərin sayı və bir sıra fənlərdən siniflərin iki yarımqrupa bölünməsi müvafiq tədris-maddi bazanın imkanları və siniflərdə şagirdlərin sayının 18 nəfərdən artıq olmaması nəzərə alınmaqla müəyyən edilir.
3.6. Gimnaziyada dərs məşğələləri həftədə 5 gün olmaqla həftənin I-V günləri keçirilir. Şənbə və bazar günləri istirahət günləri sayılır və həmin günlər idman yarışları, gəzintilər, yürüşlər, kollektiv baxışlar və s. təşkil edilə bilər. Dərs məşğələləri direktorun təsdiq etdiyi cədvəllə müəyyənləşdirilir.
3.7. Şagirdlərin biliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş təlimata müvafiq olaraq və beynəlxalq standartlar nəzərə alınmaqla məktəbin özü tərəfindən müəyyənləşdirilmiş qaydada qiymətləndirilir.
3.8. Tədris proqramına uyğun olaraq hər bir fənn üzrə proqramın müəyyən bir bölməsi başa çatdırıldıqda müvafiq test yoxlamaları vasitəsilə həmin bölmə üzrə şagirdlərin biliklərinin müvəffəqiyyət dərəcəsi müəyyənləşdirilir və həmin qiymətlər onların faktiki biliklərinin səviyyəsi kimi qəbul edilir. Fənlər üzrə ayda ən azı bir dəfə olmaqla cari testlər, dekabr və iyun aylarında olmaqla isə ildə iki dəfə əsas testlər keçrilir. Son nəticədə müsbət nəticələr əldə etmiş şagirdlər müvafiq olaraq yuxarı siniflərə keçirlər və ya buraxılış imtahanlarına buraxılırlar. Gimnaziya test yoxlamalarının aparılması üçün ayrıca monitorinq komissiyası yaradır.
3.9. Monitorinq komissiyası gündəlik, aylıq, yarımillik və illik yoxlamaların nəticələrini nəzərə alaraq yarımillik və illik qiymətlər çıxarılır. Şagird və onun valideyni (və ya onu əvəz edən şəxs) illik qiymətlərlə razılaşmadıqda gimnaziya direktoru müstəsna hal kimi şagirdin biliyini təkrar yoxlamaq üçün komissiyaya müraciət edə bilər. Yüksək nəticələr göstərmiş şagirdlər Gimnaziyanın Fəxri Fərmanları ilə mükafatlandırılırlar.
3.10. İllik qiymətləri bir və ya iki fəndən qeyri-kafi qiymət alan şagirdlər yay tapşırığı alırlar.Yay tapşırıqlarının icrası 10 sentyabr tarixinədək başa çatdırılır və bu zaman bir fəndən belə yay tapşırığını yerinə yetirə bilməyən şagirdlər təkrar sinifdə saxlanılır.
3.11. İllik qiymətlərinə əsasən üç və daha artıq fəndən qeyri-kafi qiymət alan və ya yay tapşırığını icra edə bilməyən şagirdlər təkrar sinifdə saxlanılır.
3.12. Gimnaziyada tərbiyə işi şagirdlərin yaş, cins və fərdi xüsusiyyətləri nəzərə alınmaqla sistemli və mütəşəkkil şəkildə qurulur. Məktəblilərin tərbiyəsi pedaqoji və şagird kollektivinin, şagird özünüidarə təşkilatlarının, valideynlərin (və ya onları əvəz edən şəxslərin) ictimaiyyətin birgə fəaliyyəti şəraitində həyata keçirilir.
3.13.Gimnaziyadaxili intizam qaydalarının qorunması və həyata keçirilməsi məqsədiylə intizam komissiyası yaradıla bilər.
3.14. Müəyyən olunmuş hallar istisna edilməklə şagirdlərin təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlbi, şagirdlərə qarşı fiziki və psixoloji zorakılıq halları qadağan edilir.
3.15. Gimnaziyada zəruri sanitar-gigieynik normalara əməl edilməklə şagirdlərə öz hesablarına isti yemək verilməsi nəzərdə tutulur.
3.16. Şagirdlərin dərsdənkənar və sinifdənxaric vaxtlarının səmərəli təşkili və onların hərtərəfli inkişafını təmin etmək məqsədi ilə klublar, studiyalar, dərnəklər, bölmələr və s. yaradıla, habelə müsabiqələr, sərgilər, baxışlar, gəzintilər təşkil edilə bilər.
3.17. Ayrı-ayrı fənlər üzrə ev tapşırıqları psixo-fizioloji və pedaqoji tələblər, həmçinin şagirdlərin fərdi xüsusuyyətləri və imkanları nəzərə alınmaqla müəyyənləşdirilir, ev tapşırıqlarının həcmi və səviyyəsi daim diqqət mərkəzində saxlanılır. |
|
4.1. Gimnaziya özünümaliyyələşdirmə, özünüödəmə, təsərrüfat hesabı və ictimai özünüidarə prinsipləri əsasında idarə edilir.
4.2. Gimnaziyanın Ali idarə orqanı Universitetin Rektorluğu, icra orqanı isə məktəbin Müdiriyyətidir.
4.3. Müdriyyətin tərkibi gimnaziyanın direktorundan və direktor müavinlərindən ibarətdir. Müdiriyyət Universitetin Rektorluğu tərəfindən təyin olunur və işdən azad edilir.
4.4. Azərbaycan Respublikasının "Təhsil qanunu"nun yerinə yetirilməsi və təlim-tərbiyənin yenidən qurulmasında pedaqoji və şagird kollektivlərinin, valideyn və müdiriyyətin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi, qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsində onların təşəbbüskarlığının artırılması, idarəetmənin kollegial, demokratik formalarının genişləndirilməsi məqsədi ilə məktəbdə ictimai özünüidarə orqanı-məktəb konfrası fəaliyyət göstərir. Gimnaziya özünüidarəetmə, demokratiya, aşkarlıq və ictimai idarəetmə prinsiplərinə əsaslanır, mövcud qanunvericiliyə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ sənədlərinə riayət etməklə məktəbin rəhbərliyi və ictimai təşkilatları qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir.
4.5. Gimnaziya ictimai özünüidarəsinin Ali Orqanı gimnaziyanın ümumi yığıncağıdır (Konfransıdır). Konfransa gimnaziyanın müəllim və digər işçilərinin, valideynlərin iclasında həmin kateqoriyadan bərabər sayda nümayəndə seçilir və onlar bərabər həlledici səs hüququna malikdirlər. İctimaiyyətin nümayəndələri və III pillənin fəal şagirdləri də konfransa dəvət edilə bilərlər. Konfrans təlim-tərbiyə, metodika, maliyyə-təsərrüfat və kadr fəaliyyətinin müxtəlif məsələlərinin həllinə yönəldilmiş səmərəli təkliflər verir, zəruri olan gimnaziya işinin müxtəlif istiqamətləri üzrə müvəqqəti və ya daimi komissiyalar yaradır, onların səlahiyyətlərinin məzmununu müəyyən edir, gimnaziya direktorunun hesabatını dinləyir. Konfrans ildə bir dəfədən az olmayaraq keçirilir.
4.6. Təlim-tərbiyə prosesini inkişaf etdirmək və təkmilləşdirmək, müəllimlərin peşə ustalıqlarını, yaradıcılıq meyllərini yüksəltmək məqsədi ilə məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq Pedaqoji Şura fəaliyyət göstərir. Pedaqoji şuranın tərkibinə təsisçi nümayəndəsi də daxil edilə bilər.
4.7. Təlim-tərbiyə prosesinin idarə edilməsini və məktəbin gündəlik fəaliyyətinə rəhbərliyi Direktor həyata keçirir. Gimnaziyaya müəllimlər müsabiqə-müqavilə yolu ilə qəbul olunur. Məzunlar buraxılış imtahanlarında yaxşı nəticə qazanmayan, həmçinin gimnaziyanın digər tələblərinə cavab veməyən müəllimlərlə bağlanmış müqavilə növbədənkənar attestasiya komissiyasının təqdimatı ilə rektor tərəfindən vaxtından əvvəl pozula bilər.
4.8. Təsisçi Gimnaziyanın idarə edilməsində başlıca subyektdir və onun Gimnaziyanın idarə olunmasına aid səlahiyyətləri öz Nizamnaməsində müəyyən olunmuşdur.
4.9. Gimnaziyada Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq olaraq psixoloji xidməti gimnaziyanın psixoloqu həyata keçirir və o, öz statusuna görə pedaqoji işçilərə bərabər tutulur. Psixoloq əsas problemlərin həllində müdiriyyətə və pedaqoji işçilərə lazımi köməkliklər göstərir, uşaqların psixoloji inkişafını təmin edən əlaqəli işi və uşaqlara fərdi yanaşmanı təşkil edir, şəxsi problemlərin həllinə nail olur.
4.10. Gimnaziyada Səhiyyə Nazirliyinin müvafiq idarə və sahə tibb müəssisələri tərəfindən icra edilən tibb xidməti təşkil olunur. Gimnaziyada tibb məntəqəsi və həkim fəaliyyət göstərir.
4.11. Gimnaziyada iaşə xidməti təşkil olunur, təminat gimnaziyanın özü tərəfindən aparılır.
4.12. Təhsil prosesi üçün sağlam və təhlükəsiz şərait yaradılır.
4.13. Milli idman növləri dirçəldilir, idman-sağlamlıq və hərbi-hazırlıq komplekslərinin şəbəkəsi genişləndirilir. |
|
V. Təlim-tərbiyə prosesinin iştirakçıları, onların hüquq və vəzifələri, sosial müdafiəsi
Tarix: 2008-05-16
5.1. Təlim-tərbiyə prosesinin iştirakçılarına şagirdlər, pedaqoji işçilər və valideynlər (onlan əvəz edən şəxslər), habelə təlim-tərbiyə prosesində iştirak edən müəssisə, təşkilat, fond, cəmiyyət və birliklərin nümayəndələri də aid edilir.
5.2. Şagirdər aşağıdakı hüquqlara malikdirlər:
- - gimnaziyanın bütün imkanlarından istifadə etmək;
- - təhsilini davam etdirmək;
- - təhsilin idarə olunması və təkmilləşdirilməsində, gimnaziya birliklərində iştirak etmək;
- - təhlükəsiz və zərərsiz təlim şəraiti ilə təmin olunmaq;
- - gimnaziyanın səhiyyə və sağlamlıq xidmətindən istifadə etmək;
- - ictimai, fiziki və psixoloji zorakılığın bütün növlərindən, hüquqa zidd və insan ləyaqətini alçaldan hərəkətlərdən müdafiə olunmaq;
- - şəxsi fikir və baxışlarını açıq söyləmək.
5.3. Şagirdlərin vəzifələrinə daxildir:
- - biliyini daim artırmaq və dərinləşdirmək;
- - ümumi mədəni səviyyəsini, fiziki və psixoloji keyfiyyətlərini yüksəltmək;
- - təhsil qanunvericiliyinə, gimnaziyanın Nizamnaməsinə və daxili intizam qaydalarına, əxlaq və etika normalarına əməl etmək.
- 5.4. Tədris proqramını yerinə yetirə bilməyən və bu Nizamnamənin şagirdlər üçün müəyyən edilmiş qaydalarını pozan şagirdlər gimnaziyanın pedaqoji şurasının qərarı ilə gimnaziyadan xaric oluna bilər. Şagirdlərin intizam tənbehi və rəğbətləndirilməsi Azərbaycan Respublikasının qanunvericilik aktları və bu Nizamnamə ilə müəyyən edilir.
- 5.5. Pedaqoji fəaliyyətlə yüksək mənəvi keyfiyyətləri, müvafiq təhsili olan, sağlamlıqlarına görə pedaqoji işə yarayan şəxslər məşğul ola bilərlər. Məhkəmənin qərarına əsasən, yaxud qanunvericiliklə təsdiq olunmuş siyahıda göstərilən tibbi səbəblərə görə pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər. Gimnaziyanın pedaqoji kadrlarla komplektləşdirilməsi, onların attestasiyadan keçirilməsi, həvəsləndirilrnəsi və ya cəzalandırılması müvafiq qanunvericilik aktları, gimnaziyanın və təsisçinin Nizamnamələri ilə müəyyənləşdirilir. Pedaqoji işçilər gimnaziyaya müsabiqə yolu ilə müvafiq psixoloji test yoxlamalarından sonra qəbul edilirlər və onlar sınaq müddətini başa çatdırdıqdan sonra əsas işçi kimi saxlanılırlar.
- 5.6. Pedaqoji işçilər aşağıdakı hüquqlara malikdirlər:
- - peşə şərəfi və ləyaqətini müdafiə etmək;
- - təhsilin idarə olunmasında iştirak etmək;
- - ixtisasını artırmaq;
- - gimnaziyanın bütün yığıncaqlarında və tədbirlərində iştirak etmək.
- 5.7. Qanunvericiliklə müəyyən olunmuş hallar istisna olunmaqla pedaqoji işçiləri işdən ayırmaq qadağan edilir.
- 5.8. Pedaqoji işçilərin vəzifələrinə daxildir:
- - dövlətin təhsil siyasətini, rəhbər təhsil orqanlarının qərar və göstərişlərini yerinə yetirmək;
- - şagirdlərin proqramın tələbləri səviyyəsində bilik almalarını təmin etmək;
- - öz əməyi və şəxsi nümunəsi ilə şagirdlərdə milli zəminə və ümumbəşəri sərvətlərə, mənəvi dəyərlərə hörmət və məhəbbət hissi aşılamaq;
- - şagirdlərin şəxsiyyətinə hörmət bəsləmək;
- - uşaqları və gəncləri zərərli vərdişlərdən çəkindirmək;
- - peşə-ixtisas səviyyəsini və pedaqoji ustalığını, ümumi mədəni səviyyəsini daim yüksəltmək;
- - pedaqoji, metodiki və psixoloji yenilikləri müntəzəm olaraq izləmək, onun nəticəsindən istifadə etmək;
- - əlavə məşğələlər və sinifdənkənar tədbirlər keçirmək;
- - gimnaziyanın daxili qaydalarına əməl etmək;
- - gimnaziya müdiriyyətinin göstərişlərinə tabe olmaq;
- - gimnaziya inventarlarına doğma münasibət bəsləmək;
- - gimnaziyanın rəqibi olan digər özəl tədris müəssələrində analoji işi yerinə yetirməmək;
- - gimnaziya mənafeyinə və öz vəzifəsinə vicdanlı münasibət bəsləmək;
- - dərs məşğələlərinin keyfiyyətlə keçirilməsi üçün bütün zəruri materialları (kserosurətləri, tədris vəsaitlərini və s.) əvvəlcədən hazırlamaq.
5.9. Pedaqoji işçilərin sosial müdafiəsi və digər hüquq və vəzifələri Azərbaycan Respublikasının "Təhsil qanunu" və digər dövlət sənədləri, Universitetin Nizamnaməsi və təsisçi ilə bağlanmış əmək müqavilələrində müəyyənləşdirilmişdir.
5.10. Sinif rəhbərləri Pedaqoji Şuranın Qərarına əsasən gimnaziya direktoru tərəfindən təyin edilir. Sinif rəhbərlərinin hüquq və vəzifələrinə daxildir:
- - şagird kollektivini təşkil etmək;
- - gimnaziyalı şəxsiyyətin formalaşdırılması üçün məqsədyönlü iş aparmaq;
- - ətraf mühitə, bütövlükdə Azərbaycan təbiətinə, dövlət bayrağına, gerbinə, himninə və s. atributlara, Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə dərin hörmət hissi tərbiyə etmək;
- - şagirdləri xalqlar, etnik, milli və dini qruplar arasında qarşılıqlı anlaşma, sülh və razılığa əsaslanan şüurlu həyata hazırlamaq;
- - validenylərlə möhkəm əlaqə yaratmaq, şagirdlərin təlim-tərbiyə işində onların köməyindən istifadə etmək, onlara lazımi pedaqoji-psixoloji məsləhətlər vermək;
- - şagirdlərə verilən ev tapşırıqlarını tənzim etmək.
5.11. Valideynlərin (onları əvəz edən şəxslərin) hüquqları və vəzifələri təsisçi tərəfindən təsdiq edilmiş daxili müqavilə əsasında tənzimlənir. Valideynlər (onları əvəz edən şəxslər) uşaqların fiziki və psixoloji sağlamlıqlarının, istedad və qabiliyyətlərinin inkişafı qayğısına qalır, onların ləyaqətinə hörmət edir, onlarda valideynə, vətənə doğma dilinə, tarixinə, ümummilli və bəşəri dəyərlərə hörmət və məhəbbət hissi yaradır, əməksevərlik, xeyirxahlıq və mərhəmət hissi aşılayır, uşaqların gimnaziyada və ailədə tərbiyə və təhsil almalarına qayğı göstərir. Onlarda adət-ənənələrə, qayda-qanunlara, insan hüquqlarına hörmət hissi tərbiyə edirlər. Şagirdlərin elmlərin əsaslarına yiyələnməsində, onlarda yüksək əxlaqi keyfiyyətlər tərbiyə edilməsində gimnaziya və ailəyə kömək etmək məqsədilə valideyn komitəsi yaradılır. |
|
6.1. Gimnaziyanın maddi-texniki bazası, təchizatı və digər maliyyə-təsərrüfat məsələləri təsisçi tərəfindən müəyyənləşdirilir və təmin edilir. Gimnaziyanın maliyyələşdirilməsi direktorun təqdimatı əsasında təsisçi tərəfindən təsdiq edilmiş xərclər smetası əsasında həyata keçirilir.
6.2. Ginınaziya əlavə təhsil vermək və digər xidmətlər hesabına maliyyə, o cümlədən valyuta vəsaiti əldə etmək hüququna malikdir.
6.3. Gimnaziyanın fondu aşağıdakı mənbələrdən formalaşır:
- - təhsil haqqının ödənilməsindən əldə edilən vəsaitdən;
- - təsisiçinin vəsaitindən;
- - yerli və xarici müəssisələrin, fiziki və hüquqi şəxslərin vəsaitindən;
- - humanitar təşkilatların qrant və kreditlərindən;
- - sponsor yardımları, habelə ayrı-ayrı vətəndaşların müqavilə üzrə şagird hazırlamaq üçün verdikləri vəsaitlərdən;
- - müxtəlif növ fəaliyyət və xidmətlər müqabilində əldə edilən gəlirlərdən;
- - dövlət və qeyri-dövlət təşkilatların, cəmiyyətlərin, idarələrin, habelə yerli və xarici vətəndaşların könüllü olaraq verdikləri vəsaitlərdən.
6.4. Gimnaziya əldə etdiyi vəsaiti maddi-texniki bazanın inkişafına və tədris prosesinin təkmilləşdirilməsinə (tədris vəsaitləri və avadanlıqlarının alınmasına, şagirdlər üçün xüsusi geyim formalarının tikilməsinə, gimnaziyanın fəaliyyəti ilə bağlı digər məqsədlərlə), işçilərin əmək haqqının ödənilməsinə, dərsliklərin yenidən hazırlanmasına və təkmilləşdirilməsinə yönəldir.
6.5. Gimnaziya fondu toxunulmazdır və ondan qazanc məqsədi güdülmür.
6.6. Gimnaziyanın maliyyə təsərrüfat fəaliyyətinə nəzarət təsisçi tərəfindən həyata keçirilir.
6.7. Gimnaziyanın ştat cədvəli, işçilərin əmək haqqı stavkası və vəzifə maaşları mövcııd qanunvericilik qorunmaqla təsisçi tərəfindən müəyyən edilir. Məktəbin bütün işçiləri sınaq müddəti keçmək şərtilə müsabiqə yolu ilə müvafiq test yoxlamalarından sonra qəbul edilirlər və onlarla gimnaziya arasında müvafiq əmək müqaviləsi bağlanılır.
6.8. Gimnaziyaya verilmiş əmlak direktor tərəfindən operativ idarə olunur, gimnaziyanın məqsədlərinə və fəaliyyətin predmetinə, habelə əmlakın təyinatına uyğun olaraq, ondan istifadə və onun barəsində sərəncamlar vermək hüququ həyata keçirir.
6.9. Gimnaziyanın maddi-texniki bazasına bina, torpaq sahəsi, maşın və avadanlıq, müxtəlif qurğular, laboratoriyalar, kabinetlər, tədris vəsaitləri və başqa qiymətli maddi-texniki təchizat vasitələri aiddir. Təsisçi məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsini üstün inkişaf etdirilən fəaliyyət sahəsi hesab edir. Humanitar, dövlət və qeyri-dövlət təşkilatları, hüquqi və fiziki şəxslər, ayrı-ayrı vətəndaşlar gimnaziyaya müxtəiif cür maşın və avadanlıq, nəqliyyat vasitələri və s. vermək, torpaq sahələri ayırmaq hüququna malikdirlər.
6.10. Gimnaziyanın sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq təlimatına müvafiq hazırlanır. Gimnaziyanın tədris-pedaqoji sənədlərinə şagirdlərin şəxsi işi, sinif jurnalı, əsas Təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabı, orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı, pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı, gimnaziyanın pedaqoji şurasının protokol kitabı, gimnaziya üzrə əmr kitabı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı aiddir.
6.11. Gimnaziyanın maliyyə-təsərrüfat sənədlərinə gimnaziyanın texniki pasportu, əsas vəsaitlərin inventar siyahısı, materialların anbar uçotu kitabı, müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli, istismarda olan ucuz qiymətli və tez işlənən əşyaların hərəkətinin operativ uçotu cədvəli və gimnaziyanın kitabxana fondunun inventar kitabı aiddir.
6.12. Pedaqoji işçilər, şagirdlər və onların valideynləri gimnaziya binasının, qurğularının, tədris avadanlıqlarının, inventarların, gimnaziyaya aid olan digər əmlakın korlanmasına görə məsuliyyət daşıyırlar. |
|
7.1. Təsisçi mövcud qanunvericiliyə əsaslanaraq xarici Təhsil mərkəzləri və gimnaziyaları ilə müqavilələr bağlayaraq və əməkdaşlıq edərək: - milli ümumtəhsil təlim proqramına beynəlxalq təhsilin elementlərini və ya bölmələrini tətbiq edir; - şagirdləri beynəlxalq təhsilin elementləri və ya bölmələrini əks etdirən zəruri metodiki vəsaitlər və dərsliklərlə təmin edir; - şagirdlərə xarici dillərin, xüsusilə ingilis dilinin öyrədilməsi sahəsində dərin biliklər almalarına hərtərəfli köməkliklər göstərir; - ingilis dilində fənlərin təlimi ilə əlaqədar sərbəst danışmağı öyrənmək üçün ingilis dilinin əsaslı mənimsədilməsinə şərait yaradır; - gimnaziyanın adının beynəlxalq səviyyədə tanınmasını təmin edir. 7.2. Ümumorta təhsil üzrə Beynəlxalq proqramlara inteqrasiya hesabına gimnaziya aşağıdakı real imkanlara malikdir: - ümuınorta təhsil üzrə Beynəlxalq proqramların gimnaziyada ardıcıl olaraq həyata keçirilməsi; - müəllimlərin ixtisaslarının artırılması, dil və peşə biliklərinin təkmilləşdirilməsi məqsədilə ən yaxşı xarici mərkəzlərə ezamiyyətə göndərilməsi; - xarici peşəkar-müəllimlərin gimnaziyaya dəvət edilməsi; - şagirdlərin hərtərəfli inkişaf etməsi üçün təkcə sinif üsulundan deyil, təlimin digər üsullarından istifadə etmək imkanı verən tədris proqramlarının tərtibinə beynəlxalq təcrübənin ardıcıl tətbiq edilməsi. |
|
8.1. Gimnaziyanın yenidən təşkili (statusunun dəyişdirilməsi və s.) və ya ləğvi ilə əlaqədar gimnaziya fəaliyyətini dayandırır, həmçinin onun Nizamnaməsi və Lisenziyası öz hüquqi qüvvəsini itirmiş hesab edilir.
8.2. Gimnaziyanın yenidən təşkili və ya ləğvi ilə əlaqədar tədbirlər təsisçi tərəfindən həyata keçirilir və bu zaman ona məxsus olan bütün maliyyə vəsaitləri və əmlak təsisçiyə aid olur. |
|
|