NEWS
Türk dünyasının tarixi, mədəniyyəti və geosiyasi vəziyyəti konfransda müzakirə olunub
Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrası tərəfindən “Qlobal çağırışlar və Türk dünyası” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib. “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans onlayn formatda təşkil olunub.
Türk dünyasının tarixi, mədəniyyəti, iqtisadiyyatı və müasir geosiyasi vəziyyətinin öyrənilməsi məqsədilə keçirilən və Türk dünyası ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verməyi hədəfləyən konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan və Rusiyadan olan 100-ə yaxın alim, elmi-tədqiqat müəssisələrinin əməkdaşları, universitet müəllimləri, doktorant və magistrantlar iştirak edib.
İctimaiyyətlə əlaqələr şöbəsi
OTHER NEWS
Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş keçirilib
08 may 2025
Maliyyə və Mühasibat ixtisasları üzrə təhsil proqramlarının məzmununun təhlilinə dair görüş keçirilib.
08 may 2025
Tələbə Elmi Cəmiyyəti Vikipediya təlimi təşkil edib
07 may 2025
“Diplomatik Masa” simulyasiya layihəsinin dördüncü görüşü keçirilib
07 may 2025
Sosial iş tələbələri üçün “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib
06 may 2025
Biznes və iqtisadiyyat fakültəsinin tələbələri “Zarat” Şirkətlər Qrupunda ekskursiyada olublar
06 may 2025