NEWS

Gənc iqtisadçılar yaşıl iqtisadiyyata keçidi müzakirə ediblər

Gənc iqtisadçılar yaşıl iqtisadiyyata keçidi müzakirə ediblər

09 april 2024

Baxış sayı: 115

Azərbaycan Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc İqtisadçılar Klubu”nun ilk tədbiri keçirilib.

Tədbirdə ilk olaraq klubun sədri, Marketinq (tədris ingilis dilində) ixtisası üzrə II kurs tələbəsi Lamiyə Məmmədzadə klubun məqsədi, fəaliyyət istiqamətləri, tələbələrin inkişafında oynayacağı rol ilə bağlı təqdimatla çıxış edib.

Tədbirin ikinci hissəsində isə “Azərbaycan yaşıl iqtisadiyyata keçidə nə dərəcədə hazırdır?” mövzusunda simulyasiya xarakterli müzakirə aparılıb. Müzakirədən əvvəl tələbələr təsadüfi qruplara bölünüb və qrup liderləri müəyyənləşdirilib.

Simulyasiya kafedranın müəllimi Ziynət Mehtiyevanın moderatorluğu ilə baş tutub.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS