XƏBƏRLƏR
“Sosial iş və sosial tədqiqat” beynəlxalq konfransı bu gün işini davam etdirəcək
Azərbaycan Universitetində keçirilən II “Sosial iş və sosial tədqiqat” (Social Work & Social Research) beynəlxalq konfransının işi bu gün plenar iclas və bölmə iclaslarında davam edir.
Konfrans ikinci günə plenar iclas ilə başlayacaq. Plenar iclasda 3 məruzə dinləniləcək. Türkiyənin Ankara Universitetinin professoru Elif Gökçearslanın məruzəsi “Child protection and artificial intelligence: Changing dynamics of the 21st century” mövzusunda olacaq. Çinin Honq-Konq Politexnik Universitetinin (The Hong Kong Polytechnic University) Sosial iş və kriminologiya kafedrasının professoru və Tətbiqi sosial elmlər departamentinin rəhbəri Eric Chui “Humanistic learning in a digital world: Innovations in social work education & practice for a sustainable future” mövzusunda məruzə ilə çıxış edəcək. Bakı Dövlət Universitetinin professoru Rəfail Həsənov isə “Changes in values and life orientations among the young generation in Azerbaijan” mövzusunda çıxış edəcək.
Tədbir işini günün ikinci yarısında bölmə iclaslarında davam etdirəcək.
Qeyd edək ki, konfransın birincisi 2023-cü ilin noyabr ayında keçirilib. Sosial iş təhsilinin inkişafı, bu sahədə beynəlxalq standartların yaradılması, həssas qrupların sosial müdafiəsi və bu kimi məsələlərin müzakirəsi üçün elmi platforma təqdim edən konfransın məqsədi bu sahədə çalışan tədqiqatçıların sosial iş və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirəsinə qoşulması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların, sosial təcrübələrin hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsidir.
Konfransın səhifəsinə keçid:
https://au.edu.az/en/conferences/2nd-international-conference-on-social-work-social-research
İctimaiyyətlə əlaqələr şöbəsi