XƏBƏRLƏR

Azərbaycan Universitetinin alimləri fəxri doktor adına layiq görülüblər

Azərbaycan Universiteti rektorunun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva və Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski Özbəkistanın Mamun Universitetinin fəxri doktoru adına layiq görülüblər. 

Özbəkistanın Mamun Universitetinin rektoru Sardorbek Sharifzoda tərəfindən alimlərin peşəkar və akademik nailiyyətləri, regionda elmi əməkdaşlığa və iki ölkə arasında elmi münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib. Universitetin Elmi Şurası Nüşabə Quliyeva və Elvin Talışınskinin fəxri doktor adına layiq görülməsi barədə qərar qəbul edib. Mamun Universitetinin  fəxri doktoru diplomu Azərbaycan Universitetinin əməkdaşlarına təqdim edilib.

Qeyd edək ki, Siyasi və ictimai elmlər kafedrasının müdiri, dosent Elvin Talışınski ötən tədris ilindən başlayaraq Özbəkistanın bir neçə universitetində, o cümlədən  Mamun Universitetində mühazirə oxuyub.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR