NEWS

Rektor Səadət Əliyeva Britaniya kralının doğum günü ziyafətində iştirak edib

Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva Böyük Britaniya kralı III Çarlzın doğum günü münasibəti ilə Bakıda keçirilən rəsmi qəbul və ziyafətdə iştirak edib. Tədbiri Birləşmiş Krallığın Azərbaycandakı Səfirliyi təşkil edib. Rəsmi qəbul və ziyafətdə Azərbaycan hökumətinin rəsmiləri, Milli Məclisin deputatları, ziyalılar, ictimai-siyasi sektorun, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. 

Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tədbirdə çıxış edərək, Britaniya ilə Azərbaycan arasında son dövrlərdə genişlənən əməkdaşlığa toxunub, son bir il ərzində ölkələr arasında münasibətlərin bir sıra vacib hadisələrlə yadda qaldığını qeyd edib. Təhsil əlaqələrinin gücləndiyini də diqqətə çatdıran səfir Azərbaycanla Böyük Britaniyanın səmimi tərəfdaş olduğunu vurğulayıb və bu tərəfdaşlığın davamlı olacağına əminliyini ifadə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS