Gənc Tərcüməçilər Klubu

Gənc Tərcüməçilər Klubu (Young Translators Club) 2024/2025-ci tədris ilində fəaliyyətə başlayıb. Tərcümə və filologiya kafedrasının nəzdində fəaliyyət göstərən kluba Tərcümə (ingilis dili) ixtisası üzrə III kurs tələbəsi Aynur Quliyeva sədrlik edir. Tərcümə sahəsinə maraq göstərən, dil bacarıqlarını inkişaf etdirmək istəyən, klubun ayda minimum bir dəfə təşkil etdiyi seminar, praktiki tərcümə məşğələsi və qrup fəaliyyətlərində iştirak edən hər bir tələbə kafedraya müraciət edərək kluba üzv ola bilər.

Instagram: @au.translationandphilology

Gənc Tərcüməçilər Klubu (Young Translators Club) tələbələrin akademik inkişafına, xarici dil kompetensiyalarının genişlənməsinə və gələcək karyeralarına hazırlıq prosesinə mühüm töhfə verən təşkilatdır. Klubun məqsədi tələbələrdə tərcümə nəzəriyyəsi və praktikası haqqında bilikləri artırmaq, dil çevikliyini gücləndirmək, müasir tərcümə texnologiyaları (CAT-tools, subtitrləmə, sinxron tərcümə əsasları və s.) ilə tanışlıq yaratmaq, tələbələrin tərcümə bacarıqlarını, dil biliklərini və filoloji kompetensiyalarını inkişaf etdirmək, analitik-linqvistik düşüncə və kommunikasiya bacarıqlarını artırmaq, peşəkar dil mühitinə aktiv inteqrasiya yaratmaqdır. Klubun əsas missiyası tələbələrdə müasir tərcümə praktikası ilə bağlı bilik və vərdişləri formalaşdırmaq, onları müxtəlif mətnlərlə işləməyə təşviq etmək və gələcək tərcüməçi karyerasına hazırlamaqdır.

Klubun fəaliyyət istiqamətləri tərcümə nəzəriyyəsi, bədii və publisistik mətnlərin tərcüməsi, terminologiya üzrə müzakirələr, həmçinin praktiki tərcümə məşğələləridir. 

Klub həm tələbələrlə, həm də müəllimlərlə əməkdaşlıq edərək tərcümə praktikumları, terminologiya təlimləri, ustad dərsləri, debat və təqdimat sessiyaları, peşəkar tərcüməçilərlə görüşlər təşkil edir.

Klubun fəaliyyət planı (2025/2026-cı tədris ili üzrə)

I semestr (sentyabr – dekabr)

  • Yeni üzvlərin qəbulu və oriyentasiya görüşü
  • Aylıq tərcümə praktikumları
  • “Tərcümə və çağdaş gənclər” seminar seriyası
    Mövzular:
    Tərcümə nəzəriyyəsinə giriş
    Müasir dövrdə tərcümə: texnologiya əsrində dil və mətn
    Terminologiya və mətnin üslubi çevikliyi

II semestr (fevral – may)

  • Aylıq tərcümə görüşləri
  • “Tərcümə və çağdaş gənclər” seminar seriyasının davamı
    Mövzular:
    Tərcümə texnologiyaları (CAT-tools)
    Şifahi tərcüməyə giriş
    Subtitrləmə və ekran sənətləri üçün tərcümə
  • Tərcümə üzrə Ustad Dərsi
  • “Gənc Tərcüməçi” Yarışması
  • İlin yekun iclası və hesabat toplantısı

Əlavə fəaliyyətlər (il boyu)

  • Sosial mediada maarifləndirici rubrikalar
    “Həftənin terminologiyası”
    “Tərcümə qaydaları”
    “Dilçilikdən bir cümlə”
    Tələbə tərcümələrinin paylaşılması
  • Karyera yönümlü görüşlər və şirkət ziyarətləri
    Nəşriyyatlara, tərcümə bürolarına, media qurumlarına ziyarət
    Redaktor, tərcüməçi, sinxron tərcümə mütəxəssisləri ilə görüşlər
    Tələbələrdə tərcümə sahəsində karyera inkişafına dəstək

Klubun keçirdiyi tədbirlər