XƏBƏRLƏR

Sosial iş tələbələri “Niyə Sosial iş” mövzusunda mühazirə dinləyiblər

Sosial iş tələbələri “Niyə Sosial iş” mövzusunda mühazirə dinləyiblər

08 oktyabr 2019

Baxış sayı: 3519

Azərbaycan Universitetində Sosial iş ixtisası üzrə təhsil alan birinci kurs tələbələri üçün “Niyə Sosial iş” mövzusunda mühazirə keçirilib. Azərbaycan Sosial iş İctimai Birliyinin icraçı direktoru Könül Alıyeva və idarə heyətinin üzvü Zamin Zəkiyevin apardığı mühazirə Sosial işin izahı, məqsədi, tarixi, Azərbaycanda yaranması və sahələri haqqında məlumatları əhatə edib.

Mühazirədə Sosial işçilərin gördükləri işlər, xidmət etdikləri qruplar, peşəkarlıq, peşə etikasıa riayət, Sosial iş ixtisasının digər ixtisaslardan fərqi, Azərbaycan Sosial iş İctimai Birliyinin təsis olunması, fəaliyyəti və göstərdiyi xidmətlər və bu kimi məsələlərə toxunulub.

İctimaiyyətlə əlaqələr şöbəsi
08.10.2019

DİGƏR XƏBƏRLƏR