Beynəlxalq əlaqələr şöbəsi Azərbaycan Universitetinin xarici siyasətini həyata keçirən əsas strukturdur. Şöbə öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyini, Azərbaycan Universitetinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktları və Beynəlxalq Əlaqələr Şöbəsinin əsasnaməsini rəhbər tutaraq həyata keçirir.
Şöbənin əsas məqsəd və missiyası akademik heyət və tələbələrə mübadilə imkanları yaratmaq, xaricdən gələn və xaricə gedən akademik heyətə dəstək göstərmək, protokol xidməti həyata keçirmək, qazanılmış və mövcud qrantları idarə etməkdən ibarətdir. Şöbə həmçinin beynəlxalq tələbələrə, alimlərə və qonaqlara Universitetdə təhsil və bir çox digər fəaliyyət ilə bağlı dəstək və məsləhət xidmətləri göstərir.
Missiyamız
Azərbaycan Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsi Beynəlxalq tərəfdaşlıqları inkişaf etdirmək, mədəniyyətlərarası mübadilələri təşviq etmək və universitetin qlobal iştirakını gücləndirmək öhdəliyi götürür. Missiyamız təhsilin, tədqiqatın və əməkdaşlığın beynəlmiləlləşməsini dəstəkləyən hərtərəfli xidmətlər təqdim etməkdir.
Vizyonumuz
Vizyonumuz universiteti dinamik mərkəzə çevirməkdən ibarətdir. Biz tələbələrin, professor – müəllim heyətinin və inzibati-texniki heyət üzvlərinin mədəniyyətlərarası anlaşma və əməkdaşlıq mühitinə töhfə verməyə çalışırıq.
Məqsədlərimiz