Biznes və iqtisadiyyat fakültəsi 1993-cü ilin mart ayında yaradılmış, fakültənin ilk məzunlarına Beynəlxalq iqtisadi əlaqələr, Gömrük işinin təşkili və idarə olunması ixtisasları üzrə bakalavr dərəcəsi verilmişdir.
Müxtəlif illərdə müxtəlif adlar altında fəaliyyət göstərən fakültə 2016-cı ilədək İqtisadiyyat və idarəetmə adlandırılmışdır. Həmin ilin fevral ayında İqtisadiyyat və idarəetmə fakültəsi ilə Biznes fakültəsi birləşdirilmiş və yeni struktur vahidi Biznes və iqtisadiyyat fakültəsi adını almışdır.
Hazırda fakültədə Beynəlxalq ticarət və logistika; Biznesin idarə edilməsi; İqtisadiyyat; Maliyyə; Menecment; Marketinq; Mühasibat; Turizm işinin təşkili, Turizm bələdçiliyi ixtisasları üzrə 931 tələbə təhsil alır. 5 ixtisasın tədrisi ingilis dilində aparılır.