Tələbə Elmi Cəmiyyəti

Azərbaycan Universiteti
Tələbə Elmi Cəmiyyəti

Tələbə Elmi Cəmiyyəti özündə elmi-tədqiqat, layihə, tətbiqi və yaradıcı fəaliyyət ilə məşğul olan tələbələri və onların  fəaliyyətinə rəhbərlik edən professor, müəllim heyətini cəmləşdirən ictimai təşkilatdır.

Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti istedadlı gənclərin dəstəklənməsinə və onların yaradıcı bacarıqlarının üzə çıxarılmasına yönəlmişdir.

Tələbə Elmi Cəmiyyətinin vəzifələri aşağıdakılardır:

  • Tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması
  • Tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi
  • Tədqiqatçılıq fəaliyyətinin köməyi ilə tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin formalaşdırılması
  • Müxtəlif səviyyəli tədbirlərin - elmi seminar və konfranslar, tələbə elmi işlərinə, habelə müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və bu kimi tədbirlərin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi

Tələbə Elmi Cəmiyyətinin strukturu

  • Tələbə Elmi Cəmiyyətinin sədri: Solmaz Afis qızı İlyaszadə
  • Tələbə Elmi Cəmiyyətinin baş katibi: Günay Mehman qızı Dünyamalıyeva

Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi tədbirlər

Tələbə Elmi Cəmiyyəti yeni qəbul olan tələbələrlə tanışlıq görüşü keçirib

Azərbaycan Universitetinin tələbələri ümummilli lider Heydər Əliyevə həsr olunmuş konfransda iştirak ediblər

Tələbə Elmi Cəmiyyəti Vikipediya təlimi təşkil edib

Azərbaycan Universitetində tələbə elmi cəmiyyətlərinin görüşü keçirilib

Azərbaycan Universitetində “Cəfər Cabbarlı irsi” mövzusunda tədbir keçirilib

Azərbaycan Universitetində növbəti kitab təqdimatı