Beynəlxalq kredit mobilliyi
Azərbaycan Universiteti inanır ki, beynəlmiləlləşmə təhsilin mühüm tərkib hissəsidir. Buna görə də beynəlxalq əlaqələrin genişləndirilməsi, yeni akademik tərəfdaşlıq əlaqələrinin qurulması, kredit mobilliyi proqramları ilə əməkdaşlığın inkişafı və beynəlxalq təhsil layihələrində iştirak diqqət mərkəzində saxlanılır.
Tələbələrə mübadilə proqramları və universitetlərarası müqavilə çərçivəsində xaricdə təhsil və akademik təcrübə imkanları yaradılır.
Tələbələrin mübadilə proqramlarında iştirakı ilə bağlı əlaqələndiricilik məsələləri Beynəlxalq əlaqələr şöbəsi tərəfindən icra olunur. Beynəlxalq mübadilə proqramları çərçivəsində tərəfdaş xarici universitetlərdə bir yaxud iki semestr təhsil almaq istəyən yaxud akademik təcrübə keçmək istəyən tələbələr şöbəyə müraciət edə bilərlər.
Daha ətraflı məlumat üçün
Beynəlxalq əlaqələr şöbəsi
Tel.: (+99412) 431 41 12 (160)
E-poçt: internationa.office@au.edu.az