Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi

MƏRKƏZ HAQQINDA

Azərbaycan Universiteti magistratura və doktorantura səviyyələrində təhsil üzrə böyük təcrübəyə malikdir.  Magistratura səviyyəsi üzrə ilk qəbul 1997-ci ildə aparılmışdır. Aspiranturaya qəbula isə 2003-cü ildə başlanmışdır. 

2011-ci ildə magistratura  və doktorantura tələbələrinin sayının artması ilə əlaqədar olaraq Elmi Şuranın qərarı ilə Magistratura və doktorantura şöbəsi təşkil olunmuş, 2020-ci ildə şöbənin funksiyaları daha da genişləndirilərək onun bazasında Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılmışdır. 

Magistratura pilləsində 23 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 14, dissertanturaya isə 18 ixtisas və istiqamət üzrə qəbul aparılır. 

Mərkəz hazırda 13 doktorant, 17 dissertant və 290 magistrantın tədris prosesini təşkil edir.

Mərkəzin heyəti

  • Nüşabə Yavər qızı Quliyeva – direktor
  • Nisəxanım Teymur qızı Babayeva – mütəxəssis
  • İsa Yadigar oğlu Hüseynov – tyutor
  • Afiq Hafiz oğlu Nadirov – tyutor
  • Aydan Şahin qızı Maksimova – direktor köməkçisi

Magistratura ixtisasları

* Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti (XNURE) ilə birgə beynəlxalq ikili diplom proqramı

** İtaliyanın Tuscia Universiteti ilə birgə beynəlxalq ikili diplom proqramı

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertantura ixtisasları

  • Ümumi iqtisadiyyat 
  • Mühasibat uçotu
  • İqtisadi fəaliyyət növləri
  • Müəssisələrin təşkili və idarə edilməsi 
  • Sahə iqtisadiyyatı 
  • Dünya iqtisadiyyatı
  • Ümumi tarix 
  • Vətən tarixi
  • Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları
  • Dil nəzəriyyəsi 
  • German dilləri 
  • Tətbiqi dilçilik 
  • Dil nəzəriyyəsi 
  • Müqayisəli - tarixi və müqayisəli tipoloji dilçilik
  • Azərbaycan dili
  • Azərbaycan ədəbiyyatı 
  • Folklorşünaslıq
  • Dünya ədəbiyyatı 
  • Sosial problemlər
  • Sosial iş
  • Bilik fəlsəfəsi 
  • Sosial fəlsəfə
  • Fəlsəfə tarixi

Mərkəz ilə əlaqə

  • Tel.: (+994 12) 431 41 12 /13/ 16 (126)