EVENTS

Türkiyənin İstanbul Arel Universiteti mübadilə proqramına sənəd qəbulu elan edir

15
09

Filologiya (ingilis dili) ixtisası üzrə təhsil alan tələbələrimizin nəzərinə!

Türkiyənin İstanbul Arel Universiteti 2026/2027-ci tədris ilinin yaz semestri üçün Filologiya (ingilis dili) üzrə təhsil alan tələbələr üçün mübadilə proqramına sənəd qəbulu elan edir.

Universitet tələbələrə beynəlxalq akademik mühit, müasir kampus, əlverişli yaşayış şəraiti və zəngin sosial-mədəni həyat təqdim edir. Müvafiq fakültə tərəfindən qəbul olunan mübadilə tələbələri təhsil haqqı ödəmədən təhsil ala bilərlər.

Tələbələr üçün şərtlər:

  • İngilis yaxud türk dili bilikləri minimum B2 səviyyəsində, 
  • GPA balı minimum 75/100 olmalıdır.
  • İxtisas üzrə uyğunluq tələb olunur. 

Sənədlərin təqdim olunması üçün son tarix: 01 oktyabr 2026-cı ildir.

İxtisaslar haqqında daha ətraflı məlumat üçün:

https://obs.arel.edu.tr/oibs/bologna/index.aspx?lang=en

Mübadilə proqramında iştirak etmək istəyən tələbələr transkriptlərini (ortalama balı 75-dən yuxarı olmaqla) Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 504 nömrəli otaq) təqdim etməlidirlər.

İctimaiyyətlə əlaqələr şöbəsi