EVENTS
Tələbələr üçün Türkiyədə 2 aylıq təcrübə imkanı
08
09
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi Türkiyənin Necmettin Erbakan Universitetində təcrübə proqramı üçün tələbə mübadiləsi elan edir. Təcrübə müddəti 2 aydır, tələbənin yol və yaşayış xərcləri qarşılanır.
Müraciət üçün şərtlər:
- İngilis dili biliyi minimum B1 səviyyəsində olmalıdır
- Politologiya və Sosial iş ixtisasının yalnız IV kurs tələbələri müraciət edə bilərlər.
Müraciət üçün son tarix 25 sentyabr 2026-cı ildir.
Təcrübə proqramında iştirak etmək istəyən IV kurs tələbələri Beynəlxalq əlaqələr şöbəsi ilə (IV mərtəbə, 504 nömrəli otaq) əlaqə saxlaya bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi
