EVENTS

Tələbə Gənclər Təşkilatı 3 aylıq təcrübə proqramı elan edir

14
09

Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatı II, III, IV kurs və magistratura  tələbələri üçün 3 aylıq könüllü təcrübə proqramı elan edir.

“TəcrübəLab I” proqramının əsas məqsədi tələbələrin gələcək karyerasına dəstək olmaq, onların real iş mühitində təcrübə qazanmasına və peşəkar bacarıqlarını inkişaf etdirməsinə imkan yaratmaqdır. Proqram çərçivəsində tələbələr universitetin struktur bölmələrində təcrübə keçərək struktur bölmə rəhbərləri və peşəkar mütəxəssislərlə birgə fəaliyyət göstərəcəklər.

Proqramda iştirak edən mərkəzlər:

  • Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi
  • Karyera İnkişafı və Məzunlarla İş Mərkəzi
  • Ömürboyu Təhsilə Dəstək: Təlim-Tədris Mərkəzi

Özünü peşəkar və şəxsi baxımdan inkişaf etdirmək istəyən, real iş mühitində təcrübə qazanaraq gələcək karyerasına investisiya etmək istəyən tələbələr proqrama müraciət edə bilərlər. Qeydiyyat mərhələsini uğurla tamamlayan və müəyyən edilmiş tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Proqramı uğurla başa vuran tələbələr xasiyyətnamə, tövsiyə məktubu və rəsmi sertifikat əldə edəcəklər.

Müraciət üçün son tarix 20 sentyabr 2026-cı ildir.  

Qeydiyyat linki: 

https://docs.google.com/forms/d/e/1FAIpQLSeqqOoIErGDQn9AeD2B4iV0E9N3BHIYrvxF6DtrdwfILY5Iqg/viewform

 

İctimaiyyətlə əlaqələr şöbəsi