NEWS
Azərbaycan Universitetinin kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub
Azərbaycan Universiteti Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəxri Fərmanı ilə təltif olunub. Kafedra müdiri bu təltifə səmərəli elmi-pedaqoji fəaliyyəti, beynəlxalq və yerli səviyyədə elmi tədqiqat sahəsindəki uğurları ilə yanaşı, Azərbaycan və qardaş ölkə Türkiyə alimləri ilə birgə həyata keçirilmiş layihələrə verdiyi töhfələrə görə layiq görülüb.
Kafedra müdirinə Fəxri Fərmanı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təqdim edib. Elvin Talışınski əməyinə verilən yüksək dəyərə görə AMEA rəhbərliyinə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Elvin Talışınskinin ötən il Türkiyəli tədqiqatçılarla birlikdə ingilis dilində hazırladığı “Ortaq kimlik və fəlsəfi irs: türk mədəniyyətində düşüncə tarixi” monoqrafiyası işıq üzü görüb. Türkiyədə çap olunan monoqrafiya türk dövlətlərinin bir neçə ali təhsil müəssisəsində artıq dərs vəsaiti kimi istifadə olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi