NEWS

Abiuriyentlərə Azərbaycan Universiteti haqqında məlumat verilib

Abiuriyentlərə Azərbaycan Universiteti haqqında məlumat verilib

03 august 2026

Baxış sayı: 6

Azərbaycan Universiteti Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində öz stendi ilə təmsil olunub. Universitetin stendini ziyarət edən abituriyentlər, valideynlər və müəllimlərə qəbul planı, tələbələr üçün yaradılan təqaüd, xaricdə təhsil və akademik təcrübə imkanları, tələbə həyatı, universitetin maddi-texniki bazası və digər üstünlükləri haqqında ətraflı məlumat verilib, suallar cavablandırlıb. Sərgi çərçivəsində Azərbaycan Universitetinin abituriyentlər üçün xüsusi təqdimatı da keçirilib.  

Sərginin son günündə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə tədbirə baş çəkərək ali təhsil müəssisələrinin, o cümlədən Azərbaycan Universitetinin stendini ziyarət edib, nümayəndələrə və təşkilatçılara təşəkkürünü bildirib.

Mərkəzin Elektron İmtahanlar Korpusunda keçirilən sərginin məqsədi ixtisas seçimindən əvvəl abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir. Sərgi gənclərin gələcək karyera hədəflərinin formalaşmasına və düzgün ixtisas seçimi etməsinə, maraq və bacarıqlarına uyğun istiqamət müəyyənləşdirməsinə, universitetlərin imkanlarının geniş auditoriyaya çatdırılmasına şərait yaradır; eyni zamanda ali təhsil müəssisələri arasında əməkdaşlıq münasibətlərinin və şəbəkələşmənin güclənməsində  böyük rol oynayır.

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS