NEWS

Azərbaycan Universitetində yaz imtahan sessiyası başlayıb

Azərbaycan Universitetində yaz imtahan sessiyası başlayıb

02 june 2025

Baxış sayı: 107

Azərbaycan Universitetində 2024/2025-ci tədris ilinin yaz imtahan sessiyası başlayıb. Bu gündən start verilən sessiya 10 iyul 2025-ci il tarixində yekunlaşacaq. 

Universitetin rektoru Səadət Əliyevanın müvafiq əmri ilə imtahanların təşkili, təhsilalanların biliyinin qiymətləndirilməsində şəffaflığı, obyektivliyi təmin etmək məqsədilə “İmtahan qərargahı” yaradılıb. İmtahan qərargahının tabeliyində “İmtahan nəzarət komissiyası”, “Apellyasiya komissiyası”  və “İmtahan prosesi üzrə araşdırma komissiyası” fəaliyyət göstərir. 

“İmtahan nəzarət komissiyası”nın məqsədi imtahanların gedişinə nəzarət, yarana biləcək neqativ halların dərhal aradan qaldırılmasıdır. “Apellyasiya komissiyası”nın vəzifəsi imtahan sessiyası dövründə imtahan nəticələrinə dair baş verə biləcək mübahisələrin aradan qaldırılması və ehtiyac olduğu təqdirdə tələbənin imtahan cavabının yenidən qiymətləndirilməsidir. “İmtahan prosesi üzrə araşdırma komissiyası” isə imtahanlarda təhsilalanlarla təhsilverənlər arasında mübahisəli məqamların araşdırılması, tələbəyönümlülük, demokratiklik, aşkarlıq prinsiplərinin qorunması məqsədilə yaradılıb.

Sessiyada imtahanlar təsdiqlənmiş cədvələ uyğun olaraq yazılı, test və zərurət yaranarsa şifahi şəkildə keçirilir.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS