NEWS
Azərbaycan Universitetinin daha 16 tələbəsi PTE sertifikatını əldə edib
Beynəlxalq sertifikatların geniş karyera imkanlarını, daxili və xarici əmək bazarında qazandırdığı üstünlükləri nəzərə alan Azərbaycan Universitetində artıq bir neçə ildir ki, tələbələr ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) sertifikatının imtahanlarına cəlb olunurlar. İmtahanın xərcləri Azərbaycan Universiteti tərəfindən qarşılanır.
Bu il universitetin 16 tələbəsi PTE (Pearson Test of English) imtahanlarında müvəffəqiyyət əldə edərək A2 (level 1), B1 (level 2), B2 (level 3), C1 (level 4) səviyyələrində beynəlxalq dil sertifikatlarına layiq görülüblər. Əldə olunan göstəricilər beynəlxalq imtahanların ekvivalentliyi üzrə A2= IELTS 3.0 – 4.0 və ya TOEFL 20-31, B1= IELTS 4-5 və ya TOEFL 57-86-ya, B2= IELTS 5-6.5 və ya TOEFL 87-109-a, C1=7-8 və ya TOEFL 95-110-a bərabərdir.
Tələbələrə sertifikatlarını Xarici dillər kafedrasının müdiri Aygün Qasımova təqdim edib.
2026-cı ildə PTE beynəlxalq dil sertifikatını əldə edən tələbələr
- Məhbubə Mahmudova - Filologiya (ingilis dili və ədəbiyyatı), II kurs
- Cəmilə Zahidova - Tərcümə (ingilis dili), II kurs
- Nəzrin Abdullayeva - Turizm işinin təşkili, II kurs
- Aysu Ramazanova - Tərcümə (ingilis dili, II kurs
- Nərgiz Məmmədli – Marketinq (tədris ingilis dilində), I kurs
- Fatimə İmanova – Dövlət və ictimai münasibətlər, II kurs
- Davud İsayev – İnformasiya təhlükəsizliyi (tədris ingilis dilində), II kurs
- Məhbubə Əhmədova – Sosial iş (tədris ingilis dilində), II kurs
- Ayan Orucova - Mühasibat (tədris ingilis dilində), II kurs
- Məhərrəm Zülfüqarov – İnformasiya təhlükəsizliyi (tədris ingilis dilində), II kurs
- Fidan Qasımzadə - Sosial iş (tədris ingilis dilində), II kurs
- Şərif Lahqazi – Marketinq (tədris ingilis dilində), IV kurs
- Nərminə Kəlbəlyeva – Marketinq (tədris ingilis dilində), IV kurs
- Aslan Haqverdiyev – İnformasiya təhlükəsizliyi, II kurs
- Rauf İslamzadə - İqtisadiyyat (tədris ingilis dilində), II kurs
- Gülərxanım Əlizadə - Maliyyə (tədris ingilis dilində), II kurs
İmtahan iştirakçılarından – Cəmilə Zahidova, Nəzrin Abdullayeva, Aysu Ramazanova, Nərgiz Məmmədli, Fatimə İmanova, Davud İsayev, Məhbubə Əhmədova, Məhərrəm Zülfüqarov, Ayan Orucova yüksək nəticə əldə etdikləri üçün fərqlənmə sertifikatı ilə (Pass with merit), Məhbubə Mahmudova isə yüksək fərqlənmə sertifikatı ilə təltif olunublar.
Qeyd edək ki, Azərbaycan Universiteti 2018-ci ildən ingilis dili biliklərini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) proqramının imtahan alt mərkəzi kimi təsdiq olunub. PTE ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən ən məşhur sertifikatlardan biridir. Universitetin bu sertifikatın təlimlərini və imtahanlarını təşkil etmək hüququ var. 2018-2026-cı illər ərzində universitetin 105 tələbəsi PTE sertifikatını əldə edib.
İctimaiyyətlə əlaqələr şöbəsi









