NEWS

Azərbaycan Universitetinin tələbəsi beynəlxalq “Demo Day” tədbirində öz startapını nümayiş etdirib

Azərbaycan Universitetinin tələbəsi  beynəlxalq “Demo Day” tədbirində öz startapını nümayiş etdirib

03 november 2026

Baxış sayı: 12

Azərbaycan Universitetinin İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin tələbəsi Fateh Məmmədov “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramının final mərhələsi olan “Demo Day 2026” tədbirində öz startapını investorlar və münsiflər heyəti qarşısında təqdim edib. 

İnformasiya texnologiyaları ixtisası üzrə təhsil alan II kurs tələbəsi Fateh Məmmədovun “CashZ9 Corporation” startapı Avropa bazarında fəaliyyət göstərməyi hədəfləyən, fərdi investorların qarşılaşdığı ən əsas problemlərdən biri olan yalnızlıq hissini və yanlış investisiya qərarı vermək qorxusunu aradan qaldırmağa yönəlmiş innovativ bir sosial maliyyə platformasıdır. Müasir dövrdə investisiya imkanları artdıqca, bu sahəyə daxil olan yeni istifadəçilərin sayı da sürətlə çoxalır. Lakin bu artım paralel olaraq informasiya xaosu, qeyri-dəqiq mənbələr və fərdi qərarların yaratdığı risklərlə müşayiət olunur. Bir çox investor düzgün qərarı təkbaşına verməkdə çətinlik çəkir, çünki etibarlı və real təcrübəyə əsaslanan məlumat tapmaq olduqca çətindir. CashZ9 məhz bu problemi həll etmək üçün qurulmuşdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən beynəlxalq proqramın finalı startaplar, investorlar, sahibkarlar və innovasiya ekosisteminin nümayəndələrinin Bakıda bir araya gətirib. Tədbirdə finala vəsiqə qazanan 70-dən çox startap “Demo Day” çərçivəsində öz minimum işlək məhsullarını (MVP) nümayiş etdirib.

Tədbir gənc sahibkarlar üçün innovativ ideyalarını təqdim etmək, layihələrinin bazar potensialını nümayiş etdirmək, investorlarla birbaşa əlaqələr qurmaq və yeni əməkdaşlıqlar yaratmaq baxımından mühüm imkanlar yaradır. 

 İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS