NEWS

Biznes və iqtisadiyyat fakültəsinin dekanı Tural Qocayev Türkiyədə tədris mobilliyində iştirak edib

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin dekanı Tural Qocayev mübadilə proqramı çərçivəsində Türkiyənin Gaziantep şəhərində yerləşən Hasan Kalyoncu Universitetində tədris mobilliyində iştirak edib. 

Tural Qocayev burada “Macroeconomics II” və “Introduction to Economics” fənləri üzrə mühazirələr oxuyub. Həmçinin onun “Introduction to Behavioral Economics: How Psychology Affects Economic Decisions” mövzusunda seminarı təşkil olunub. Seminarda İqtisadiyat, idarəetmə və sosial elmlər fakültəsinin akademik heyəti və iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər. Qərarların qəbulunda psixoloji amillər, itki qorxusu (loss aversion), çərçivələşdirmə effekti (framing), yönləndirmə (nudging) kimi mövzuları əhatə edən seminar tələbələr tərəfindən maraqla qarşılanıb və sual-cavab sessiyası ilə yekunlaşıb. Seminara Azərbaycan Universitetinin akdemik heyət üzvləri də ZOOM proqramı vasitəsilə qoşulublar.

Dekan Tural Qocayev səfər müddətində bir sıra işgüzar görüşlər də keçirib. O, İqtisadiyat, idarəetmə və sosial elmlər fakültəsinin dekanı, professor Hanifi Aslan, fakültənin “Erasmus” koordinatoru Zeynep Köse, o cümlədən, universitetin “İnstitusional Erasmus” koordinatoru Simge Yılmaz ilə fakültələr arasında əməkdaşlığın genişləndirilməsi, birgə akademik layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparıb.  

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS