NEWS

“Conversation Club” payız semestri üzrə fəaliyyətini yekunlaşdırıb

“Conversation Club” payız semestri üzrə fəaliyyətini yekunlaşdırıb

21 january 2026

Baxış sayı: 106

Xarici Dillər kafedrasının nəzdində fəaliyyət göstərən “Conversation Club” payız semestri üzrə fəaliyyətini uğurla yekunlaşdırıb. Payız semestri ərzində təşkil olunan “Conversation Club” bütün fakültə və ixtisaslar üzrə təhsil alan tələbələr üçün açıq olub. İngilis dilində danışıq bacarıqlarını təkmilləşdirmək istəyən tələbələrin fəal iştirak etdiyi görüşlər hər həftənin çərşənbə günləri saat 10:00-da başlayıb. 

Klub çərçivəsində müxtəlif mövzular üzrə müzakirələr aparılıb, interaktiv tapşırıqlar və fikir mübadilələri vasitəsilə iştirakçıların ingilis dilində sərbəst ünsiyyət qurma bacarıqlarının inkişafına şərait yaradılıb. Görüşlər tələbələrin həm dil biliklərini praktik şəkildə tətbiq etmələrinə, həm də öz fikirlərini daha inamlı və aydın ifadə etmələrinə imkan verib. 

Klubun əsas məqsədi tələbələrin ingilis dilində ünsiyyət və sərbəst danışıq bacarıqlarını inkişaf etdirmək, onların müzakirə aparma və fikir mübadiləsi vərdişlərini gücləndirmək, eyni zamanda akademik və sosial mühitdə ingilis dilindən daha effektiv istifadə imkanlarını genişləndirməkdir.

Qeyd edək ki, “Conversation Club” yaz semestrində fəaliyyətini bərpa edəcək və tələbələr üçün maraqlı mövzular ətrafında görüşlər yenidən təşkil olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS