NEWS

Xarici dillər kafedrası esse yazılarının qiymətləndirilməsinə dair təlim – seminar təşkil edib

Xarici dillər kafedrası esse yazılarının qiymətləndirilməsinə dair təlim – seminar təşkil edib

26 october 2026

Baxış sayı: 12

Azərbaycan Universitetində Xarici dillər kafedrasının təşkilatçılığı ilə esse yazılarının qiymətləndirilməsi mövzusunda təlim – seminar keçirilib. Tədbirdə Xarici dillər kafedrasının pedaqoji heyət üzvləri iştirak edib. Kafedranın müəllim-assistenti və Fulbrayt təqaüdçüsü Michael Sipperin rəhbərliyi ilə təşkil olunan tədbirin məqsədi müəllimlərin esse yazılarının qiymətləndirilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək, bu sahədə vahid və ardıcıl yanaşmanın tətbiqini təşviq etmək olub.

Təlim – seminarda Michael Sipper esse yazılarının qiymətləndirilməsinin prinsipləri və meyarlarının tətbiqi barədə təqdimatla çıxış edib. Ardınca xarici dil fənni  üzrə tələbələrin yazdıqları esselərin yoxlanılması və qiymətləndirilməsi məsələləri müzakirə olunub. İştirakçılara müxtəlif ixtisaslar üzrə təhsil alan və fərqli kurslarda oxuyan tələbələrin esseləri təqdim edilib. Müəllimlər həmin yazıları təhlil edərək müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriblər.

Tədbirin növbəti mərhələsində verilən qiymətlər müqayisə olunub, müəllimlərin qiymətləndirmə yanaşmalarındakı oxşar və fərqli cəhətlər müzakirə edilib. Praktiki tapşırıq müəllimlərə qiymətləndirmə meyarlarını tətbiq etmək, öz yanaşmalarını müqayisə etmək və tələbə yazılarının daha obyektiv və ardıcıl qiymətləndirilməsi ilə bağlı təcrübələrini bölüşmək imkanı verib.

Qeyd edək ki, Michael Sipper 2026/2027-ci tədris ilinin payız semestrində Fulbrayt proqramı çərçivəsində Azərbaycan Universitetinin Xarici dillər kafedrasının peaqoji heyətinə qoşulub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS