NEWS
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin nümayəndələri ilə tələbələrin görüşü təşkil olunub
Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin sonuncu kurs tələbələri üçün “Karyera planlaması” fənni çərçivəsində İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) nümayəndələri ilə görüş təşkil olunub. Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi açaraq məruzəçiləri təqdim edib, Azərbaycan Universiteti ilə İATM arasındakı əməkdaşlığın istiqamətləri haqqında məlumat verib.
Ardınca mərkəzin direktoru Radil Fətullayev və tədris meneceri Nail Mikayılov təqdimatla çıxış edib, tələbələrin suallarını cavablandırıblar.
Radil Fətullayev mərkəzin yaranması və fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verib. Qeyd edib ki, İATM mühasibatlıq və audit sahəsində ixtisaslaşmış kadrların hazırlanması və ixtisasının artırılması, audit və konsaltinq xidmətləri göstərilməsi üzrə ixtisaslaşıb. Tədris meneceri Nail Mikayılov isə “İşgüzar etika və işgüzar yazışma qaydaları: korporativ mədəniyyət” mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə mərkəzin fəaliyyətinə dair videoçarx nümayiş olunub, fəallıq nümayiş etdirən tələbələrə mərkəzin nəşrləri təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi







