NEWS
Xarici dillər kafedrasının növbəti təlimi IELTS imtahanının “Writing Task 2” bölməsinə həsr olunub
Azərbaycan Universitetinin Xarici dillər kafedrası tərəfindən təşkil edilən akademik yazı bacarıqlarının inkişafına yönəlmiş növbəti təlim keçirilib. Kafedranın müəllimi Yeganə Hüseynzadənin apardığı təlim IELTS imtahanının “Writing Task 2” bölməsinə həsr olunub.
Tədbir zamanı əsas diqqət “Problem and Solution Essay” (Problemin və həll yollarının təsviri) esse növünün strukturuna və yazı texnikalarına yönəlib. İştirakçılara bu tip esselərdə giriş hissəsinin qurulması, problemin dəqiq şəkildə ifadə olunması, təklif olunan həll yollarının əsaslandırılması və nəticə hissəsinin yazılması barədə ətraflı məlumat verilib, mövzunun daha dərindən mənimsənilməsi üçün praktiki tapşırıqlar yerinə yetirilib.
Qeyd edək ki, təlimdə Xarici dillər kafedrası ilə yanaşı, Tərcümə və filologiya kafedrasının müəllimləri də iştirak edib. Təlimin əsas məqsədi iştirakçıların akademik yazı bacarıqlarını inkişaf etdirmək və onların beynəlxalq imtahanlara hazırlıq prosesinə dəstək olmaqdır.
İctimaiyyətlə əlaqələr şöbəsi