NEWS
Sosial iş tələbələri üçün “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə təhsil alan tələbələrinə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Agentliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova və mərkəzin sosial işçisi Sabrina Qurbanova çıxış edib.
Direktor Həbibə Qəribova mərkəzin fəaliyyəti, insan alverinin formaları, insan alveri qurbanlarının müəyyən edilmə üsulları, qurbanlara yardım formaları və insan alverinə qarşı mübarizə tədbirlərindən ətraflı bəhs edib.
Çıxışın ardınca mərkəzin sosial işçisi Sabrina Qurbanovanın rəhbərliyi ilə tələbələr mövzuya dair qrup işləri yerinə yetiriblər.
Sonda tələbələrin sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi